Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda karantin elan edilsə də Sabunçu rayon mərkəzi poçtu 190 manat yardımı insanlara karantin qaydalarına əməl etmədən, bu qaydalara tam zidd şəkildə ödəyib.
Pravda.az xəbər verir ki, insanlar arasında 1,5 metrlik ara məsafə gözlənilməyib, həmçinin poçt idarəsi adamların əllərini dezinfeksiya edəcək məhlullarla təmin edilməyib.
Kiçik bir otaqda onlarla insanın toplaşması isə koronavirusun yayılma ehtimalını artırır.
Sosial məsafəni qorumayan və buna nəzarət etməyən poçt əməkdaşları vətəndaşlara etiraz etməklə kifayətlənib.anews.az