İsti ölkələrdə düyü ilə qidalanma koronavirusun az yayılmasına təsir göstərib - Yeni tədqiqat

 
  İsti ölkələrdə düyü ilə qidalanma koronavirusun az yayılmasına təsir göstərib.
Trend-in məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutu koronavirus pandemiyasının coğrafiyası və dünya əhalisinin qida rasionu arasında mümkün əlaqələrlə bağlı tədqiqat aparıb.
Belə ki, institutun Paleocoğrafiya şöbəsinin aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Rəşid Fətəliyev Ümumdünya Səhiyyə Təşkilatının və ayrı-ayrı ölkələrin statistik məlumatlarını, yoluxmanın yayılma xəritələrini müqayisəli təhlil edərək ölkələrin coğrafi və iqlim şəraiti, eləcə də kənd təsərrüfatı, xüsusilə qida məhsullarının istehsalı və istehlakına dair məlumatları müqayisə edib və bunlar arasındakı əlaqəni araşdırıb.
Elmi işçi Banqladeş və Kamboca, Vyetnam və Tailand, böyük Hindistan və Pakistan, Filippin və İndoneziya kimi isti ölkələrdə COVİD-19 virusunun nisbətən aşağı templə yayılmasını və bu xəstəlikdən sağalanların daha çox olmasını həmin ölkələrin əhalisinin daha çox, tərkibi B qrupu, PP, E vitaminləri, karotin, eləcə də insan orqanizmi üçün vacib sayılan mikroelementlərin olduğu düyü ilə qidalanması ilə əlaqələndirib.
O, bu nəticənin müvafiq sahə üzrə tədqiqatçı alim və mütəxəssislər tərəfindən ciddi araşdırılmasına ehtiyac duyulduğunu diqqətə çatdırıb.
Tarix: 27-04-2020, 12:36
Xəbəri paylaş





Xəbər lenti