ƏƏSMN ehtiyacı olan şəxsləri necə aldadıb? – 190 manat qalmaqalı böyüyəcək

  
 Məlum olduğu kimi, nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Bu yardım NK-ın 127 saylı qərarı ilə tənzimlənir.
“24 saat” xəbər verir ki, həmin qərarda kimlərin 190 manatlıq birdəfəlik yardımı ala bilməyəcəyi açıq şəkildə qeyd olunub.
127 saylı qərardan çıxarış:

  1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə;
  2. əmək pensiyaçılarına;
  3. aylıq müavinət alanlara;
  4. aylıq təqaüd alanlara;
  5. özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə;
  6. işsizlikdən sığorta ödənişi alanlara;
  7. peşə hazırlığına görə təqaüd alanlara;
  8. 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə;
  9. əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara;
  10. əri və ya arvadı bu Qaydanın 2.3.1-ci – 2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə.

Yəni, əgər müraciət etmiş vətəndaş və ya onun ailə üzvü əvvəldən ünvünlı sosial yardım alırsa, yaxud əmək pensiyaçısıdırsa və ya müavinət, aylıq təqaüd alırsa, özünəməşğulluq çərçivəsində əmlak alıbsa, işsiz kimi sığorta ödənişi alırsa, kənd təsərrüfatı üçün subsidiya alırsa,özü və ya həyat yoldaşı sahibkardırsa, o zaman bu şəxslərə birdəfəlik yardım verilmir.

Göründüyü kimi, ƏƏSMN-in yardımı qəfil kəsməsindən dərhal sonra müraciət edən əksər şəxslərə yolladığı SMS imtinada yer alan “adınıza maşın var” bəhanəsi NK-in qəbul etdiyi qərarda yoxdur. Başqa sözlə, ƏƏSMN NK-ın qəbul etdiyi qərarı özünün yolladığı və HEÇ BİR HÜQUQİ ƏSASI OLMAYAN mesaj vasitəsiylə inkar edir. Yəni haqqı olan vətəndaşlara 190 manat birdəfəlik yardımı verməmək üçün qanunları heçə sayır.Amma yuxarıda sadaladığımız qanunsuzluqlar da ƏƏSMN-in 190 manat birdfələlik yardımın verilməsi zamanı yol verdiyi son nöqsan deyil.
“24 saat” xəbər verir ki, sözügedən qurum yardımın verilməsinin ilk günlərində məhz NK-ın 127 saylı qərarının tələblərinə riayət edərək ADINA MAŞIN OLAN ŞƏXSLƏRƏ də 190 manat birdəfəlik yardımı ayırıb. Amma nədənsə, daha sonra bu qurum digər şəxslərə eyni məntiqlə yardım ayırmamaq qərarına gəlib.
Görünür Sahil Babayevin hesabı, NK və ölkə başçısının hesabı ilə düz gəlməyib…

Bu isə vətəndaşlara arasında sosial ədalət prinsipinin pozulmasına yol açıb.
Mövzuya qayıdacağıq.
Siam.az

Tarix: 2-05-2020, 12:36
Xəbəri paylaş





Xəbər lenti