Vəzifəli şəxs 190 manatları mənimsəyib icra başçısı ilə bölür - İDDİA


Vəzifəli şəxs 190 manatları mənimsəyib icra başçısı ilə bölür - İDDİA

Azərbaycanda işsiz və ya koronavirusla mübarizə tədbirləri nəticəsində işini itirmiş şəxslər üçün nəzərdə tutulan 190 manat məbləğində dövlət yardımını almağa çalışan əhali qrupundan olan bəzi şəxslər bu yardımı ala bilməyiblər. Qax rayonunda da bu kimi hallara kütləvi rast gəlinməkdədir.

YPX.AZ xəbər verir ki, rayonun Güllük kəndində yaşayan bir qrup sakinin adına dövlət tərəfindən verilən 190 manat sosial yardım yerli icra nümayəndəsi İlqar Məmmədov tərəfindən mənimsənilib. İcra nümayəndəsinin bu vəsaiti Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevə çatdırdığı iddia olunur.

Belə ki, Güllük kəndi ərazisində yaşayan və yazıb-oxumağı bacarmayan qaraçıların adına total surətdə sosial yardım müraciətləri edən Güllük kənd icra nümayəndəsi İlqar Məmmədov sonradan həmin vəsaitləri Poçt Şöbəsində nağdılaşdırıb və icra başçısı ilə bölüb.

Adlarına sosial yardım alınan, lakin 190 manatı ala bilməyən kənd sakinləri bu barədə ölkə başçısı İlham Əliyevə müraciət etmək niyyətində olduqlarını də bildirblər.

İstinad edildi: Qax.org.az

Tarix: 3-05-2020, 20:41
Xəbəri paylaş





Xəbər lenti