Toylar bu tarixdən keçirilə bilər - RƏSMİ
"Azərbaycanda toyların təşkilinə yalnız sentyabrda icazə verilə bilər”.
Siam.az xəbər verir ki, bunu TƏBİB İdarə heyətinin rəhbəri Ramin Bayramlı Anews.az-ın sualını cavablandırarkən bildirib.
"Karantin müddətində koronavirusa yoluxma hallarının sayından, sanitar epidemioloji durumdan asılı olaraq Azərbaycanda toyların keçirilməsinə icazə verilə bilər. Bu da yaşadığımız ilin sentyabrından tez olmayacaq”, – deyə Ramin Bayramlı bildirib.
Mayın 18-dən Azərbaycanda karantin rejiminin bəzi müddəaları ilə bağlı yumşalmalar edilib, kafe və restoranlar açılıb. Amma 10 nəfərdən artıq insanın kafe və restoranlara yığışmasına dair qadağa aradan götürülməyib.
Tarix: 16-05-2020, 11:40