“Mall”ar nə vaxt açılacaq? - Baş Nazirdən QƏRAR






Mayın 31-dək ölkədə "Mall" ların fəaliyyətinə icazə verilmir.

Bu barədə Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərarda bildirilir ki, mövcud qadağalar 31 may 00:00-dək qüvvədə qalacaq:



"Mayın 31-dək nəzdindəki ərzaq mağazaları, apteklər və müştəri ilə təmasda olmayan obyektlər istisna olmaqla, ölkə ərazisində iri ticarət mərkəzlərinin fəaliyyəti bərpa olunmayacaq".

Nazirlər Kabinetinin qərarında əyləncə məkanlarının da qapalı olacağı qeyd edilib:

"İstirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyəti 31 may tarixinədək qadağandır".

Tarix: 16-05-2020, 23:55
Xəbəri paylaş





Xəbər lenti