Bu videonu çəkənlər axtarılır – "Cinayət işi başlanılacaq"


Bu videonu çəkənlər axtarılır
Sosial şəbəkələrdə koronavirusa yoluxan xəstələrin reanimasiyadan ağır görüntüləri yayılıb.
Bu barədə Yeniavaz.com-a cavab verən TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, sözügedən videodan xəbərdardır.
TƏBİB rəsmisinin məlumatına görə, görüntülər, həqiqətən, koronavirus xəstələrinin olduğu xəstəxanada çəkilib:
“Bəli, görüntülər pandemiya xəstəxanasından çəkilən görüntülərdir. Video ilə bağlı hal-hazırda araşdırma aparılır. Təəssüflər olsun ki, xəstəxana işçilərindən kimsə vətəndaşların hüquqlarını pozaraq, belə bir addım atıb. Hazırda şəxs və ya şəxslərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır. Qanunvericilik çərçivəsində bu videonu çəkən şəxs barəsində cinayət işi başlanılacaq”.

Tarix: 8-06-2020, 15:51
Xəbəri paylaş





Xəbər lenti