Restoranlar bağlansın, məhkəmə və bank hesabına sərəncam olmasın – BAŞ NAZİRƏ MÜRACİƏT

           
Restoranlar bağlansın, məhkəmə və bank hesabına sərəncam olmasın –
Restoranlar bağlansın, məhkəmə və bank hesabına sərəncamlar qoyulmasın – BAŞ NAZİRƏ MÜRACİƏT
Azərbaycanda koronavirus təhlükəsinin azaldılması və biznesə əlavə dəstək tədbirləri ilə bağlı baş nazirə Əli Əsədova müraciət edilib.

FED.az-ın məlumatına görə, müraciət müəllifləri – vergi mütəxəssisləri Vəli Əliyev və Sirac Piriyev bildirir ki, koronavirusun qarşısının alınması üçün profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında Operativ qərarların gördüyü tədbirlər və qəbul edilən qərarlar ölkə vətəndaşlarının sağlamlığı üçün önəmli, eyni zamanda da zəruridir. Bununla yanaşı, əlavə tədbirlərə də ehtiyac yaranır.

Müraciətdə deyilir ki, yay mövsümünün gəlməsi ilə əlaqədar Qərargah tərəfindən iaşə obyektlərinin fəaliyyətinə icazə verilməsi hesab edirik ki, düzgün addım deyildi. «Tətbiq edilən məhdudiyyətlər nəticəsində bu sektorun qarşılaşdığı maddi itkilər böyük olsa da, karantin dövründə həmin iaşə obyektlərinin qapalı məkanlarda fəaqliyyətə başlaması yalnız epidemiyanın böyüməsinə xidmət edir ki, bu da hər bir vətəndaşın həyatına təhlükədir».
Buna görə də, müraciət müəllifləri təklif edir ki, qapalı məkanlarda ictimai iaşə fəaliyyəti göstərən şəxslərə maliyyə yardımı edilməklə fəaliyyətləri tam məhdudlaşdırılsın.

Bundan başqa, ölkə ərazisində Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərinə giriş-çıxış məhdudlaşdırılıb. Lakin Lənkəran şəhəri istisna olmaqla bu şəhərlərdə Ali Məhkəmə, İnibati Məhkəmələr və Apellyasiya Məhkəmələri fəaliyyət göstərir. «Məhkəmə mübahisəsi olan və digər şəhər və rayonlarda qeydiyyatda olan fiziki şəxslər və hüquqi şəxslərin nümayəndələri məhkəmələrin icraatında olan işlərdə iştirak etmək üçün yaşadıqları şəhəri tərk etməli və girişinə məhdudiyyət qoyulmuş Bakı, Sumqayıt və Gəncə şəhərlərinə gəlməlidirlər ki, bu şəxslərin həmin şəhərlərin girişində yerləşdirilmiş postlardan şəhərə daxil olması mümkünsüzdür. Hətta daxil olsalar belə epidemiyanın yayılması vətəndaşların sağlamlığının təhlükəsizliyi baxımından arzuolunan deyil». Bunu nəzərə alaraq müraciət müəllifləri təklf edir ki, Bakı, Sumqayıt və Gəncədə qeydiyyatda olan hüquqi və fiziki şəxslərin iddiaçı, cavabdeh və 3-cü şəxs qismində çəlb edildikləri işlərdən başqa bütün məhkəmə işləri üzrə məhəmə iclaslarının keçirilməsi təxirə salınsın.

Müraciətdə deyilir ki, karantin dövrü olmasına baxmayaraq, müxtəlif dövlət qürumlarının və sahibkarlıq subyektlərinın fəaliyyət göstərməsi zəruridir. O cümlədən karantin dövründə vergi orqanları öz nəzarət funksiyalarını da həyata keçirməlidirlər.
Bu funksiyalar həyata keçirildikdə sahibkarlıq subyektləri tərəfindən həmin nəzarət tədbirləri ilə əlaqədar qanunvericilikdə müəyyən edilən addımlar atılmalıdır ki, son nəticədə vergi orqanları həmin sahibkarlıq subyektlərinin nümayəndələrinin iştirakı ilə inzibati icraat apararaq inzibati akt qəbul etməlidirlər. «Daha sonra həmin inzibati aktdan şikayət verildikdə sahibkarlıq subyektlərinin nümayəndələrinin iştirakı ilə şikayət instansiyasında inzibati araşdırma aparılmalıdır. Bütün bunlar dövlət orqanlarında vətəndaş qəbulunu həyata keçirməklə reallaşır və hazırda karantin rejimi ilə əlaqədar dövlət orqanları vətəndaşları qəbul etmir.
Tibbi nöqteyi nəzərdən profilaktik tədbir olaraq düzgün addımdır. Lakin pandemiya dövründə həmin sahibkarlıq subyektlərinin maliyyə vəziyyəti ürəkaçan olmadığından, əlavə olaraq vergi nəzarəti tədbirləri zamanı həmin sahibkarlıq subyektlərinə müxtəlif inzibati tədbirlər tətbiq olunur və bank hesablarına vergi orqanı tərəfindən sərancam qoyularaq bank hesabları dondurulur. Lakin dövlət orqanları vətəndaş qəbulunu həyata keçirmədiyindən inzibati icraat aparılmır məhdudiyyətlər uzun müddət davam edir». Bunu nəzərə alaraq müraciət müəllifləri təklif edir ki, vergi orqanının qərarından verilmiş şikayətlər üzrə inzibati icraat aparılmadığı (vətəndaş qəbulu hgyata keçirilmədiyi) üçün həmin şikayətləri verən hüquqi və fiziki şəxslərin bank hesablarına qoyulmuş sərancamlar karantin rejiminin sonunadək geri götürülsün.
Nəhayət müraciət müəllifləri bildirir ki, karantin dövründə fəaliyyəti məhdudlaşdırılmış fərdi sahibkarlara və hüquqi şəxslərə dövlət tərəfindən maliyyə dəstəyi göstərilib. Həmin yardımı alan və sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən (əvəzsiz dövlət köçürmələri) vergidən azaddır. Lakin fəaliyyəti məhdudlaşdırılmış və maliyyə yardımı alan hüquqi şəxslərın aldıqları yardımın vergidən azad olunması üçün maddi hüquq norması mövcud deyil.
Buna görü, təklif edilir ki, Vergi Məcəlləsinin 106-cı maddəsinə hüquqi şəxslərin aldıqları maddi yardımın vergidən azad olunmasını nəzərdə tutan əlavələr edilsin: «Ümidvarıq ki, göstərilən məsələlər tərəfinizdən diqqətə alınacaq və aidiyyatı üzrə müvafiq tapşırıqlar veriləcəkdir».
Tarix: 10-06-2020, 00:12
Xəbəri paylaş





Xəbər lenti