Bu rayonların Məşğulluq Mərkəzləri birləşdirildi - NAZİRDƏN ƏMR


Bu rayonların Məşğulluq Mərkəzləri birləşdirildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Məşğulluq Xidmətində struktur islahatları aparılıb.

Dia.az unikal.org-a istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin əmri ilə Bakı şəhəri rayonlar üzrə Məşğulluq Mərkzələri ləğv olunaraq 5 ərazi üzrə yeni qurum yaradılıb.

Belə ki, 1 saylı Ərazi Məşğulluq Mərkəzində Yasamal-Səbail-Qaradağ rayonları, 2 saylı Ərazi Məşğulluq Mərkəzində Pirallahı-Xəzər rayonları, 3 saylı Ərazi Məşğulluq Mərkəzində Sabunçu-Suraxanı-Nizami rayonları, 4 saylı Ərazi Məşğulluq Mərkəzində Binəqədi-Şuşa-Nərimanov rayonları, 5 saylı Ərazi Məşğulluq Mərkəzində isə Xətai-Nəsimi-Zəngilan rayonları birləşib.
Tarix: 10-06-2020, 00:41
Xəbəri paylaş





Xəbər lenti