Sən azərbaycanlısan, Saleh Məmmədov ?
Saleh Məmmədov çəkən yolların 40- ( qırxı ) çıxmır...
Əli Həsənov səninlə bağlı yazıları mediadan sildirirdi...Saleh Məmmədovun bütün həyatı YOL-la, daha doğrusu, YOLÇU-luqla bağlıdır.
O, 1982-1991-ci illərdə “Yoltəmirtikinti” Baş İdarəsinin 1 saylı Yol Tikinti İdarəsində rəis, 1991-1993-cü illərdə “Azərneft” Yol Tikinti Təmir Trestinin 3 saylı Yol Tikinti İdarəsində rəis, 1994-1995-ci illərdə “Azkommunkomplekttexnika ” İstehsalat Birliyində rəis vəzifələrində işləmişdir.
1995-2003-cü illərdə “Azəravtoyol” Dövlət Şirkətinin Körpü Tikinti Trestinin rəis müavini, 1 saylı Yerli Avtomobil Yolları İdarəsinin rəisi, Siyəzən 4 saylı Yol istismar İdarəsinin rəisi, 1 saylı Yol İstismar İdarəsinin rəisi vəzifələrində çalışmışdır.
2003-2015-ci illərdə Nəqliyyat Nazirliyinin “Yolnəqliyyatservis” Departamentinin 1 saylı Yol İstismar İdarəsinin rəisi, 2007-ci ilin fevralında “Yolnəqliyyatservis” Departamentinin “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti olması ilə əlaqadar “Azəryolservis” ASC-nin 1 saylı Yol İstismar İdarəsinin rəisi vəzifələrində işləmişdir.
S.Ə. Məmmədov 19.02.2015-ci il tarixdən “Azəryolservis” ASC sədrinin birinci müavini təyin edilmiş və “Azəryolservis” ASC sədrinin vəzifəsi ona həvalə edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2015-ci il tarixli Sərəncamı ilə S.Ə. Məmmədov “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 9 mart 2016-cı il tarixli Fərmanı ilə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 18 oktyabr tarixli 1638 nömrəli Fərmanına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yaradılıb.
Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2017-ci il tarixli Sərəncamı ilə Saleh Ərşad oğlu Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin Sədri təyin edilib.
11 il gözləyəndən sonra 2003-cü ildən Yeni Azərbaycan Partiyasına üzv olub.
Azərbaycan Həndbol Federasiyasının prezidentidir.
Fikir verdinizmi, bu adamın tərcümeyi-halında YOL-dan, Hənd-BOL-dan başqa söz yoxdur.
Yəni 40 ildir ( 1982-2021-ci illər ) Azərbaycan yollarını sökməklə məşğuldur.
Təsəvvür edirsiniz, bir neçə il əvvəl Babək prospektində yolun yenidən QURULMASI üçün 2018-ci ilin dövlət büdcəsindən 20,1 milyon manat vəsait ayrılmışdı. Həmin sahə dekabrın 10-da istifadəyə verilmişdi. Bundan təxminən 40 gün sonra, yanvar ayının 21-də isə yol çökmüş, həmin vaxt yolda hərəkətdə olan 99-CA-956 dövlət nömrə nişanlı "Mercedes” markalı avtomobil böyük bir çuxura düşmüşdü. Bu biabrçı hal ölkədə geniş rezonas doğurmuş və haqlı sullar meydana çıxarmışdı.
Təsəvvür edirsiniz, qısa bir yola 20.1 milyon xərclənib və yol 40 gündən sonra çöküb.
Deməli, Saleh Məmmədov yolun altına ayrılan milyonları oğurlayıb və yolun üstünü qırlamaqla məşğul olub. Və nəticədə yolun 40-ı çıxmayıb. Təkcə bu fakta görə, Saleh Məmmədovu bir neçə il həbs gözləyirdi.
Amma Saleh Məmmədov utanıb-qızarmadan nə desə yaxşıdır:
“Bəzi insanlar Azərbaycanın inkişafını istəmirlər, quruculuq və abadlıq işlərinə kölgə salırlar. Əgər onlar bu inkişafı görmək istəmirlərsə, demək azərbaycanlı deyillər”.
Sən 40 gündən sonra çökən inkişafdan danışırsan, Saleh Məmmədov ?
Səni haqlı tənqid edənlərin barəsində deyirsən ki, onlar azərbaycanlı deyillər.
Sən özün azərbaycanlısanmı, Saleh Məmmədov ?
Yol tikintisinə lazım olan çınqılı, asfaltı, qırı, bitiumu darışıb yeyirsən, hələ bir danışırsan da.
Çəkdiyin Sumqayıt beton yolu nə tez çökdü ?
Yolların qırağında qalan beton plitələri görəndə adam dəhşətə gəlir. O yola milyonlar xərclənmişdi. O pullar haradadır ?
O milyonları cavan oğlun Sübhan Məmmədli Londonda bahalı müklərə xərcləyib, özünə biznes qurub.
Sənin keçmiş işçin, hazırda Qubanın icra başçısı olan Ziyəddin Əliyevlə Vyanada şərikli biznes qurmusunuz ?
Hansı pulla ?
Əlbəttə , beynəlxalq əhəmiyyətli Quba-Nabran beton yoluna dövlətin ayırdığı milyonlarla.
O yolda çökdü, cənab yolçu Saleh Məmmədov.
Bibiheybət yolu neçə dəfə çöküb, neçə dəfə sürüşüb, cənab Yolçu ?
Sənin Azərbaycan xalqına, Azərbaycan dövlətinə vurduğun ziyan ölçüyə gəlməz. Bunun hesabını bir gün verəcəksən.
Sənin əməllərin saymaqla bitən deyil.
Qohum olduğun şəxslərə, arxanı söykədiyin kimsələrə arxayın olma, Saleh Məmmədov. Sənin əmrini verən də Prezidentdir, zamanı çatanda cəzalandıran da.
Qocalıb hörmətdən düşmüsən, get Londonda otur villanda, xalqın canı səndən qurtarsın.
Təxminən 2 il əvvəl Nabrandakı Prezident Sarayına oxşayan dəbdəbəli villanın görüntüləri yayılmışdı. Həmin villanın nağıllardakı kimi 40 otaqdan ibarət olduğu bildirilirdi. Onun tikilməsinə isə düz 12 milyon manat pul xərcləmisən. O zaman bu villanın fotosunu saytlardan dostun olan PA-nın sabiq şöbə müdiri Əli Həsənov sildirdi və bu məlumatın mediada geniş yayılmasının qarşısını aldı.
Daha heç kim səni xilas edə bilməyəcək, Saleh Məmmədov.
Artıq səni heç öz aparatında sayanlar, hörmət edənlər yoxdur. Sənin imzaladığın sərəncamlar karidorlarda, əllərdə gəzir. İstəyirsən, bunu sənə sübut edək.
Amma atalar deyib ki, ZİYA-nın ( söhbət dostun Ziya Məmmədovdan getmir ) yarısından qayıtmaq da gec deyil. Get, hənd-BOL-unu oyna, Saleh Məmmədov.
Amma sən ZİYA-nın yarısını keçmisən, Saleh Məmmədov. Yaxın zamanda arxanca gələcəklər...gundelik baki.com
Tarix: 29-06-2021, 10:01