''Qiymətləri fantastik surətdə artırılar, müaviunəti də kəsirlər. Bu insanlar necə yaşayacaq?'' - Millət vəkilindən ŞOK AÇIQLAMA
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” layihəsində əlilliyi ləğv olunan şəxslərin hər hansı bir işlə təmin olunması barədə bir kəlmə də qeyd yoxdur, bu məsələ açıq qalır. Ünvanlı sosial yardımın alınmasında nə qədər maneələr qoyulub. Çalışırlar ki, bacardıqca az adam bu vəsaiti alsın”.
Bu fikirləri deputat Əli Məsimli səsləndirb.
“Ehtiyac meyarı 170 manatdır, ailənin gəliri 170 manatdan aşağı olanda həmin adama sosial yardım düşür. Adamın torpaq sahəsi, həyətində bir köhnə maşını varsa, ona bu yardım edilmir. Bu qaydanı qoyanlar araşdırsalar, görərlər ki, həmin ailənin hər adam başına düşən gəliri 10 manatdır və bu ehtiyac meyarından 17 dəfə aşağıdır. İstifadə edilməsi mümkün olmayan torpağa görə insanlara bu yardımı verməmək insafsızlıqdır . Yardıma ehtiyacı olan insanların çoxu bu yardımdan kənarda qalıb. Qapanma dönəmində birdəfəlik yardım veriləndə müraciət edən insanların sayı 2 milyon idi. Bu o deməkdir ki, işsizliklə bağlı verilən statistika yalandır. Yerlərdə oturub yalandan iş yerləri açan, əslində olmayan işə görə gələn vəsaiti cibinə qoyanlar cəzalanmalıdır. Necə ola bilər ki, birinci rübdə sosial iş yerlərinin limiti bitir, hamı işlə təmin olunur? Dərmanların qiyməti insafsızca artıb, hətta birə on qiymət artımı ilə rastlaşdıq. Bir qrup insan xalqın qanını sorur.
Bu gün insanların qırmızı xəttindən də aşağı müavinət verirlər və dövlət qurumları buna çox soyuq yanaşır.
Qiymətləri fantastik surətdə artırılar, müaviunəti də kəsirlər. Bu insanlar necə yaşayacaq? Edilən əməllərə də anlaşılmaz , müəmmalı açıqlamalar verməklə məsələni bitmiş hesab edirlər, lakin anlamaq lazımdır ki, söhbət insan həyatından gedir. Əlil heç nə istəmir. İstəyir ki, hüququ bərpa edilsin. Elə bir sistem qurulmalıdır ki, haqqı olan haqqını alsın, haqqı olmayan kimsənin haqqına girməsin. O zaman deyə bilərik ki, sosial ədalət var”,- deyə deputat vurğulayıb. /www.bizimyol.info
Tarix: 6-07-2021, 10:30