Xətaidə ağacları kəsib, obyekt tikirlər? - VİDEO
Bakı şəhəri Xətai rayonu Yusif Səfərov 12 ünvanında yaşayış binasının qarşısında obyekt tikilir.Bu barədə həmin ərazidə yaşayan sakinlər şikayət edib.
Sakinlər bildirib ki, 2017ci ildə ərazidə şam ağacları kəsilib:
“Kəsilən ağacların yerinə yenidən ağaclar əkib, obyekt tikilməsinin qarşısını ala bildik. Ağaclar bitib, böyüyür indi yenə gəlib kəsib obyekt tikmək istəyirlər”.
Qeyd edilib ki, artıq əraziyə tikinti materialı tökülüb.
Pravda.az-ın məlumatına görə, Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov “oxu.az”ın sorğusuna cavab olaraq bildirib ki, Xətai rayonu Yusif Səfərov 12 ünvanı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən icarəyə verilib:
“Həmin şəxs də ona aid olan ərazini hasara almağa cəhd edib. Sakinlərin narazılığı olduğu üçün bu işlər dayandırıldı və tam nəzarətimizdədir”.
Tarix: 8-07-2021, 17:23