“Qaz sayğacına görə pul istənilsə, texniki şərti tələb edin” - Ruslan Əliyev UYARDI


Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev “Facebook” sosial şəbəkəsindəki hesabına canlı yayım edərək bəzi məsələlərə toxunub.

İlkin olaraq baş direktor Mənzil Tikinti Kooperativlərinin (MTK) qazlaşdırılması zamanı quraşdırılan qaz sayğaclarının dəyəri və bundan sonra tətbiq olunacaq bəzi yeniliklər haqda məlumat verib.

MTK-nın qaz sayğaclarını iyulun 1-nə qədər ödənişli əsaslarla aldığını xatırladan R.Əliyev bundan sonra məsələnin fərqli formada tənzimlənəcəyini qeyd edib. Onun sözlərinə görə, sonradan ödənişli (mexaniki-elektron) qaz sayğacları komplektinin dəyərinin 70-90 manat olmasına baxmayaraq, MTK rəhbərləri vətəndaşlardan böyük məbləğdə ödənişlər tələb edirdi: “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yeni inşa olunan çoxmərtəbəli binalarda iyulun 1-dən qaz sayğaclarının quraşdırılmasına dair müvafiq açıqlaması var. Vətəndaşlara müraciət edərək bildirilib ki, həmin tarixdən etibarən MTK-lara quraşdıran sayğaclara görə heç bir ödəniş etməsinlər. MTK-lara “Azəriqaz”ın verdiyi texniki şərtlərdə sakinlərin məişətdə istehlak etdikləri qaz sayğaclarının pulsuz quraşdırılacağı öz əksini tapacaq. Mənzil alan şəxsdən qaz sayğacına görə hansısa pul istənilərsə, mütləq texniki şərti tələb edib, öz hüquqlarını müdafiə etsinlər”.

Baş direktor Ruslan Əliyevin bu barədə video müraciəti:



Tarix: 9-07-2021, 23:26
Xəbəri paylaş





Xəbər lenti