Azərbaycanda nazir müavininin atası “Azəriqaz”ı və rabitə nazirliyini yıxıb sürüdü



Tənqidçi, nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AMEA Nizami adına Ədəbiyyat İnstitutunin əməkdaşı, filologiya elmləri doktoru Rəhim Əliyev Azərbaycanda bir sıra qurumların fəaliyyətini əsrt şəkildə tənqid edib.

Pravda.az-ın məlumatına görə, R.Əliyev bildirib:

“Azəriqaza zəng vurusan deyir sizin sıra nömrəniz 44.
Rabitə nazirliyinə zəng vurursan deyir sizin sıra nömrəniz 26.
Azərbaycanda informasiya texnologiyalarının tətbiqi bundan ibarətdir.

Sonra da mobil telefondan pul silinir. Dövlətin adından vətəndaşların cibinə girən bu oğru qurumların bir sahibi yoxdur?
Sovet vaxtı sinif yoldaşım müştərini 20 qəpik aldatdığı üçün 4 il həbsdə yatdı. Müstəqillik gələn kimi icra başçısının müavini oldu.
“Ulutel” şirkətinə ayda 16 manat ödəyirəm, gündüzlər internet yoxdur.

4594829 nömrəsinə görə ayda 12,5 manat ödəyirən, heç zummer də yoxdur, nəinki internet.

Müstəmləkəçilər düz deyir: müsəlmanlar özlərini idarə edə bilmir.

Qeyd edək ki, R.Əliyev Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyevin atasıdır.

İnterpress.az
Tarix: 4-02-2022, 09:40
Xəbəri paylaş





Xəbər lenti