Bəxtiyar Hacıyevin internetini kim kəsib?



İctimai fəal Bəxtiyar Hacıyev
Azercell rəsmi olaraq mənə bildirir ki, sizin nömrənizə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən internet qadağası qoyulub.
Horadizdə olanda internetim kəsildi, düşündüm data paketi bitib, yeni paket sifariş etdim, məlumat gəldi ki, balansınızda istifadə edilməmiş internet traffiki var. Bakıya doğru yola çıxdım, Sabirabada qədər internet olmadı. Azercellə zəng etdim, dedilər işğaldan azad edilmiş ərazilərə yaxınlaşmısınız, ora yaxın ərazilərdə sizin nömrənizə internet qadağası qoyulub.
Dedim nə əsasla, niyə, niyə məhz mən? Dedilər biz bilmirik, qadağanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi qoyur, biz bilmirik hüquqi əsası var ya yox. Dedim axı sizə ödəniş edirəm, sizinlə müqavilə bağlamışıq, siz bu xidməti mənə lazım olanda verməlisiniz, vermirsiniz. Dedilər nazirliklə danışın, bizlik deyil. Səs yazıları var, dedilər istifadə də edə bilərsiniz.
Vallah adam iyrənir artıq böyük kreslolarda oturub xırdabuynuz qərarlar verilməsindən.
Telefonuma neçə yüz min dollar xərcləyib “Pegasus” casus proqramı yüklədilər, yetmədi.
Otağıma kabellə mikrofon çəkdilər, yetmədi.
İndi də Horadizdən Hacıqabula, Nəvahiyə qədər internetimi bloklamaqla bağlı tapşırıq veriblər.
Niyə? Nədən qorxursunuz, ala, bu nə davranışdır? Müharibənin ən qaynar vaxtında hamı internet məhdudiyyəti çəkəndə məndə internet açıq idi. Müharibə bitəndən dərhal sonra Qubadlı, Zəngilan, Cəbrayıl, Hadrut, Şuşada internetim açıq olub. 1 ildən artıqdır işğaldan azad edilmiş torpaqlara ayağım dəymir. İndi nədən ehtiyatlanırsınız, qorxursunuz?
Qorxursunuz agent olaram, hansısa gizli məlumatı telefonumdakı internetlə harasa ötürərəm? Bəs müharibənin qaynar vaxtında niyə qorxmurdunuz? Agent öz telefonundan yox, başqasının adına nömrə alar, oradan atar, ruhunuz da duymaz.
Bəlkə qorxursunuz ki, gedib rusməramlıların erməniləri Xankəndinə buraxıb, bizimkiləri buraxmamasını çəkib yayaram? Bunu da hamı bilir, yazmağa, çəkməyə ehtiyac yoxdur.
Bəs qarnınızın ağrısı nədir? Belə informasiya təhlükəsizliyi düşünənsinizsə, Hacıqabula qədər yayımlanan erməni radiolarına qadağa qoyun.
Elə sabah nazirliyi və Azercelli məhkəməyə verəcəm və bu işi də Avropa Məhkəməsinə daşıyacam. Siz axmaq qərarlar verməkdən, məhdudiyyətlər qoymaqdan yorulmamısınızsa, mən də nə qədər bu qərarlarınızdan iyrənsəm də, yorulmayacam.
Tarix: 4-02-2022, 10:13
Xəbəri paylaş





Xəbər lenti