Bakını "cərimə meydançası"na çeviriblər: Nəfəs alsan da, cərimə, almasan da...


Bakını "cərimə meydançası"na çeviriblər: Nəfəs alsan da, cərimə, almasan da...Bakı şəhəri

Əvvəllər “küləklər şəhəri” kimi tanınan Bakı indi artıq tıxaclar şəhəri kimi tanınır. Şəhərdə avtomobilərin sayının çox olması, tıxaclar, yerli-yersiz cərimələr artıq vətəndaşları cana yığıb. Hara getsinlər, dərdlərini kimə desinlər, heç özləri də bilmirlər.

Biri deyir, şəhərə əhali axını olduğu üçündür bu tıxaclar. Bir başqası da tikintilərin çox olması və yolların dar olması ilə əlaqələndirir. Hərə bir səbəb göstərir və ya bəhanə uydurur, ancaq problemin həlli üçün yol göstərən yoxdur. Milli Məclisdəki "qonaqlar" isə, çarəni cərimələri artırmaqda görür. Taksinin yerində saxladınsa cərimə, yolun kənarında saxladınsa cərimə, nəfəs aldınsa cərimə, almadınsa cərimə...
Yadınıza gəlirsə, 2018-ci ilə qədər bütün tikintilərlə bağlı sərəncamları müvafiq icra hakimiyyətləri verirdi. Sıx tikilən binalar, ara məsafələrinin az qoyulması, uşaq parklarının yox edilməsi də, məhz bu dövrə təsadüf etmişdi. Bəs verilən sərəncamlar yollara təsir edibmi? Bu gün yaşadığımız tıxac probleminin səbəbkarları arasında icra hakimiyyətləri varmı?
Elnur Fərzəliyev
Elnur Fərzəliyev
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Bizimyol.info saytına müsahibəsində qeyd edib ki, yolların İcra hakimiyyətləri ilə heç bir əlaqəsi yoxdur. Yolların xəritəsi tamam fərqlidir: “Zamanında icra hakimiyyətləri tikinti ilə bağlı sərəncamlar veriblər. 2018-ci ilə qədər tikinti il bağlı sərəncamları İcra hakimiyyətləri verirdi. Ara küçələrdə, lazımsız yerlərdə tikintilərə rast gəlinirdi. Amma avtomobil yollarının icra hakimiyyətlərinə aidyyatı yoxdur. Çünki tikintilər tikilən zaman yol ilə neytral məsafələr qorunur”.
E.Fərzəliyev qeyd edib ki, icra hakimiyyətlərinin verdiyi sərəncamlar sadəcə torpaq sahələri ilə bağlı olub. Və Bakının baş planı hazır olmadığı üçün alternativ yollar da yoxdur.
Ekspertin sözlərinə görə, İcra Hakimiyyətlərinin fəaliyyətlərinin mənfi tərəfləri çox olub. Ancaq yollarla bağlı icra hakimiyyətləri qərar verə bilməz.
Qeyd edək ki, əksə binalar köhnə binaların yerində və yaxud yaxınlığında tikilib. 2016-cı ildə Artur Rasizadənin imzaladığı 86 saylı qərar icra hakimiyyətlərinin sözün əsl mənasında əl-qolunu açmışdı. Boş ərazilər, gecəqonduların yerləşdiyi ərazilər, hətta bəzi istismar müddəti keçməyən binaların yeri belə iş adamlarına - tikinti şirkətlərinə satılırdı. Xatırlayarsınız yəqin, həmin döpvrdəı Bakıda narazı sakinlər tərəfindən keçirilən aksiyaların sayı hesabı yox idi. Ancaq yolların çəkilməsi, yollar üçün ayrımış ərazilərin bina tikintisi üçün satılması faktına heç rast gəlinməyib. Bunu ekspertlər deyir. Yəni icra hakimiyyətləri nə qədər vəzifələrindən sui istifadə etsələr belə, yolları zəbt edəcək qədər harınlamayıblar...
Belə bir vəziyyətdə niyə alternativ yollar çəkilmir? Bu mövzuya qayıdacğıq...
Tarix: 7-02-2022, 11:20
Xəbəri paylaş





Xəbər lenti