Xəbər verdiyimiz kimi, bu gün Prezidentin fərmanı ilə BNA Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə, "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" isə Daxili İşlər Nazirlyinin tabeliyinə verilib.Bununla bağlı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz fikirkərini bölüşüb.
Pravda.az O.Gündüzün fikirlərini təqdim edir:
1. BNA-nın əsas konfliktləri, maraq toqquşmaları əsasən Bakı Şəhər İcra Hakimiyyəti və Bakı şəhər Dövlət Yol Polisi ilə olurdu. Son illərdə svetoforlar da DYP-dən alınıb BNA-ya verilmişdi.
Düşünmək olar ki, yeni fərmandan sonra bu problemlər, maraq toqquşmaları aradan qalxacaq.
2. BNA indiyədək reallaşdıra bilmədiyi bir çox səlahiyyətləri, xüsusilə də parklama ilə bağlı səlahiyyətləri tezliklə əldə edə biləcək. Güman etmək olar ki, qısa zamanda Nazirlər Kabineti parklama ilə bağlı tarifləri nəhayət ki, təsdiqləyəcək. Hansı ki, BNA uzun müddət idi ki bu tariflərin NK-ya təqdim edildiyini bildirirdi, lakin təsdiqlənmədiyindən səlahiyyətini icra edə bilmirdi.
3. Güman ki, BNA-nın tənzimləyici rolu güclənəcək.Yəni, nəqliyyat axınının intellektual tənzimlənməsi, ağıllı svetoforlar, trafikin idarəedilməsi və s. BNA tərəfindən hazırlanacaq. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi isə daha çox icraedici rola malik olacaq
Nəqliyyat axınının tənzimlənməsinin polisə verilməsinin doğru olmayacağı qənaətindəyəm. Bu səlahiyyətin BNA-da olması doğru olardı
4. NİİM-in daşı həmişə ağır olub. 2007-ci ildən bünövrəsi qoyulub, 2011-ci ildə istifadəyə verilən bu layihə uzun müddət qarşıya qoyulan vəzfələri yerinə yetriə bilməyib. 2015-ci ildə BNA-ya təhvil verilib. BNA da uzun müddət bunu balansa ala bilməyib, hətta xatırlayıram ki bununla bağlı 2017-ci ildə Prezidentə də müraciət etmişdi.
5. Azərbaycanın ən uğursuz İT layihəsi olan, qarşıya qoyulan vəzifələri yerinə yetirə bilməyən, sabiq bazir Ziya Məmmədovun 130 milyon sərf edərək iflasa uğratdığı Nəqliyyatın İntellektual İdarəetmə sisteminin rolunun güclənəcəyini proqnozlaşdrımaq olar.
Son illərdə BNA Nəqliyyatın İntellektual İdarəetmə sistemini yenidən qurmağa , dirçəltməyə cəhdlər edirdi, sistemi quran Cənubi Koreya şirkətindən əl çəkərək Yaponiya şirkətləri ilə əməkdaşlıq çərçivəsində müəyyən innovativ həllər hazırlamağa başlamışdı. Bildiyim qədər dayanacaqlarda istifadəsiz qalan, bir çox yerlərdə dağılan yüzlərlə bahalı monitorları əvəz edəcək mobil tətbiq üzərində işlər gedirdi.
6. NİİM ciddi problemləri həll edib başa çatdıra bilməmişdi. Xüsusilə də Prezidentin qəbul etdiyi fərmanlara görə svetoforlar Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vasitəsilə mərkəzləşdirilmiş qaydada idarə edilməliyidi. İndiyədək yalnız çox az sayda svetofor bu formada idarə olunurdu. Ümid etmək olar ki DYP resurslarından istifadə etməklə bu məsələni daha sürətli və effektiv qaydada reallaşdırmaq mümkün olacaq.
7. Bakı şəhər İcra Hakimiyyətində innovasiyalar və texnologiyalarla bağlı hansısa ənənənin, inkişafın olduğunu demək mümkün deyil.
Ən azı rəsmi saytlarından və uşaq bağçaları ilə bağlı təcrübələrindən bunu görmüşük.
Amma DİN-də İT komanda yetərincə güclü olduğundan düşünmək olar ki , NİİM-lə bağlı işlərdə də innovasiyalar və texnologiyarın tətbiqi sürətlənə bilər
8. Düşünmək olar ki, nəqliyyat axınını tənzimləmək üçün DİN yalnız BNA kameralarından deyil, sayı hədsiz çox olan, bütün şəhər üzrə video müşahidə sisteminə malik olan özünün videomüşahidə infrastrukturundan da effektiv istifadə edəcək
9. Hazırda ən ciddi tələbat olan məsələlərdən biri SMS məlumatlandırma ilə tıxac vəziyyətdən çıxış, trafiki innovativ idarə etmək, alternativlər təqdim etmək, sürücülərin effektiv məlumatlandırılmasını təşkil etmək, toplanmış datadan effektiv istifadə etməkdir. Ümid edirəm tezliklə bu problem öz həllini tapa biləcək
10. Dayanma və durmanın qadağan edildiyi yerlərdə elektron protokolların tərtib edilməsi prosesinin daha da sərtləşəcəyini gözləmək olar
11. Düşünürəm ki, indiki mərhələdə ən vacib məsələ nəqliyyat axınının intellektual idarə edilməsi ilə bağlı yeni yanaşmaların, yeni konsepsiyanın ortaya qoyulması olmalıdır
Tarix: 7-02-2022, 21:21