Maştağanın su altında qalan yolları - “Divarları qucaqlaya-qucaqlaya gəzirik”




Maştağanın Seyid İbad Ağa küçəsində su borusu partlayıbyolları su basıb
Sakinlərin dediyinə görə, rəsmi qurumlara müraciət etsələr də, problemlərinə baxan tapılmır. 
Küçə sakinlərindən biri Hüseyn Ağa deyir ki, təkcə boru partlayanda yox, elə yağış yağanda da küçələr suyun içində qalır. 
Toplum TV
““Azərsu”ya zəng vurmuşduq, gəlib elə-belə üzdən baxıb, çıxıb getdilər. Bələdiyyəyə zəng edirik, cavab verən tapılmır. Elə bil, bu kənddə bələdiyyə deyilən şey yoxdur”.
H. Ağanın sözlərinə görə, küçə camaatı öz hesabına su motoru da alıb.

“Buranı hər dəfə su basanda ayağımız islana-islana işə gedirik. Qadınlar, uşaqlar ayaqlarına çəkmə geyinib marketə gəlirlər. Ya da nəbilim, divarları qucaqlaya-qucaqlaya birtəhər gedib gələ bilirik harasa”. 

Kənd sakini söyləyir ki, kanalizasiya xətti yoxdur deyə, zirzəmiləri də su basıb, evlər nəmişlikdir. 
Bələdiyyədən cavab: “Vətəndaşlar özləri nəzarət etmirlər
Məsələylə bağlı “Toplum TV” Bakı Şəhəri Sabunçu Rayonu Maştağa Bələdiyyəsinə yollanıb. Bələdiyyədən əvvəlcə onlara heç bir müraciət daxil olmadığını deyiblər.

Həmçinin, bu problemin  Sabunçu Rayonu Su-Kanal İdarəsinə aid olduğunu bildirirlər.“
Maştağa kəndində kanalizasiya sistemi olmadığına görə yağan yağışlar yola yığılır. Vətəndaşlar özləri nəzarət etmirlər”. 

Daha sonra bələdiyyə sədri Ağanəcəf Qədirov qurumun suya nəzarət nümayəndəsinə zəng vurub məlumatlandırdı. Nümayəndə səhər ərazidə olduğunu dedi və suyun motorla yığılacağına söz verdi.
 


Tarix: 9-02-2022, 15:40
Xəbəri paylaş





Xəbər lenti