Atyalı sakinləri ETİRAZ EDİR: "Gör hansı zəmanədə yaşayırıq ki, odun yandırırıq" - VİDEO
Abşeron rayon Hökməli qəsəbəsinin Atyalı yaşayış massivinin sakinləri uzun illərdir problemlər məngənəsində sıxılırlar. Sakinlərin şikayəti əsasında qəsəbədə olan KONKRET.az-ın çəkiliş qrupu buradakı mövcud problemləri kökündən araşdırıb. Məlum olub ki, 10 mindən çox əhalisi olan yaşayış massivində heç bir normal infrastruktur yoxdur. Sakinlər bildirir ki, dəfələrlə aidiyyəti orqanlara müraciət etsələr də, problemlərin həlli istiqamətində heç bir əməli addım atılmayıb. Bütün hallarda ümid edirik ki, əlaqədar qurumlar sakinlərin müraciətinə həssas yanaşacaq və qəsəbənin abadlıq və quruculuq işləri tezliklə reallaşacaq.