Sığorta məbləğni almaq mümkün deyil, amma rüşvət versən ala bilərsən...- ORDUBADDA



Sığorta məbləğnğ almaq mümkün deyil, amma rüşvıt versən ala bilərsən...- ORDUBADDA
Ordubad rayonunda sığorta olunmuş əmlaka görə kompensasiya verilməsində süni maneələr yaradılır.
Teref.az yazır ki, bu haqda "Gündəlik Naxçıvan"a yerli sakinlər məlumat verib. Onlar deyir ki, sığorta etdirdikləri əmlaklarına ziyan dəydikdə ya ödəniş olunmur, ya da bunun üçün rüşvət tələb olunur.
Rayonun Sabirkənd kənd sakini Kənan Məmmədov deyir ki, ötən il mağazasında olan elektrik avadanlıqlarını məcburi sığorta ediblər. Bu yaxınlarda həmin avadanlıqlara ziyan dəysə də sığorta ödənişi ala bilmir:
"Rayon sığorta İdarəsindən gəlib dedilər ki, sığorta elədir, narahat olma, əgər ziyan dəyəcəksə, hamısı ödənəcək. 300 manat verdim, təhlükəsizlik kamerası da daxil, dükandakı elektrik avadanlıqlarını sığorta elətdirdim. Bir müddət öncə güclü külək əsdi, elektrik dirəkləri aşdı. Qısa qapanma nəticəsində dükandakı 250 manatlıq təhlükəsizlik kamerası yandı".
Kənan Məmmədov deyir ki, ziyanın ödənməsi üçün Ordubad rayon Sığorta İdarəsi ilə əlaqə saxlayıb. Lakin, ona bildiriblər ki, heç bir ödəniş olmayacaq:
" Həm yazılı müraciət etmişəm, həm şifahi. Zəng edib, idarə rəisi Rafiq İsmayılova şəxsən danışmışam. O mənə kobud cavab verdi, dedi ki, heç bir ödəniş olmayacaq, hara istəsən şikayət elə".
Adının çəkilməsini istəməyən digər rayon sakini isə deyir ki, dəymiş ziyana görə sığorta ödənişi üçün idarə rəisi ondan rüşvət istəyib:
"Sığorta etdirdiyim, təxminən 600 manatlıq avadanlığım qısa qapanmaya görə sıradan çıxdı. Sığortaya müraciət etdim, dedilər mümkün deyil. Axırda idarə rəisi dedi ki, bu şərtlə mümkün olar ki, ziyana görə ödəniləcək məbləğin yarısın mənə verəsən. Mən razı olmadım".
Məsələyə münasibət öyrənmək üçün Ordubad rayon Sığorta İdarəsi ilə əlaqə saxlamaq mümükün olmadı. İdarənin mövqeyini işıqlandırmağa hazırıq.
Teref.az
Tarix: 15-05-2022, 11:04
Xəbəri paylaş





Xəbər lenti