«AZEA Grup» MMC İşçi haqqını YEYİR - PREZİDENTƏ ŞİKAYƏT


Ucar şəhəri Şah İsmayıl Xətai küçəsi ev 7-də yşayan Məmmədov Sadiq Paşa oğlu, Ağcabədi rayon Boyat kənd sakinləri Həsənov Hüsən Böyükkişi oğlu, Həsənov Ülfət Hüsən oğlu, Saatlı rayonu Hacıqasımlı kənd sakini İbrahimov Kamal Mətləb oğlu və Gürcüstan Respublikasının vətəndaşı Omar Mextiyev tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də Siam.az-a daxil olan müraciətdə deyilir:

"Möhtərəm cənab Prezident! «AZEA Grup» MMC-nin bizə 12950 manat borcu var. Bu borcun 7650 manatı əmək müqaviləsi olmayan işdən, 5300 manatı isə Məmmədov Sadiq Paşa oğlu ilə bağlanmış əmək müqaviləsinə əsasən olan borcdur. Göründüyü kimi bu pulu şirkət bizə vermir. «Deyirlər ki, gedin kimə istəyirsiz deyin bu pulu Sizə verməyəcəyik»

İşə başlayan zaman müqavilə bağalamaq istəsəkdə «AZEA Grup» MMC-dən bizə şərt kəsdilər ki, müqaviləsiz işlədirik. Xoşunuzdur işləyin, xoşunuz deyil qapı açıqdır gedə bilərsiniz. Hər birimizin ailəsi var. Ailələrimizi rayonda qoyub gəlmişdik ki, bir tikə çörək qazanaq. Məcbur olub şirkətin bu şərti ilə razılaşdıq. Ehtiyacımız olmasaydı rayondan gəlib burda işləməzdik? Bizim pulumuzu niyə kəsirlər. Kimə deyək dərdimizi? prokurorluğa deyirik, cavab verirlər ki, « bizlik deyil. Əmək müfəttişliyinə müraciət edirik, onlarda bizi yola verirlər. Belə ki, gah yazırlar ki, «inzibati tənbeh vermə haqqında qərar qəbul ediblər», gahda yazırlar ki,» müəssə rəhbərliyi tərəfindən tələb olunan sənədlər təqdim edilmədiyinə görə müraciətin ətraflı araşdırılmasını başa çatdırmaq mümkün olmayıb».

Əmək müqaviləsi bağalamasaqda cəlb olunmuş işlərdə üzərimizə düşən öhdəlikləri layiqincə yerinə yetirmişik. Amma «AZEA Grup» MMC şirkəti həmin görülən işlərə görə danışdığımız pulu ödəmək istəmir. Məmmədov Sadiq Paşa oğluna isə aylıq maaş yazıldığına baxmayaraq həmin maaşı şirkət tərəfindən mənimsənilib. Eyni zamanda qeyd edək ki, Sadiq Məmmədovla «AZEA Grup» MMC arasında bağlanmış 01.05.2021-ci il tarixli əmək müqaviləsinə 10.01.2022-ci il tarixində xitam verilsədə 11.02.2022-ci il tarixində onun hesabına əmək haqqı ödənilib.

Möhtərəm cənab prezident! Sizdən xahiş edirik «AZEA Grup» MMC və onun vəzifəli şəxsləri haqqında ciddi tədbir görülməsinə və dəymiş 12950 manat zərərin bizə ödənilməsinə köməklik edəsiniz".

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Tarix: 18-05-2022, 15:38
Xəbəri paylaş





Xəbər lenti