Əmrullayevin TƏHSİL KOLXOZU... - "Kreativ" nazir köhnə kolxoz sədrlərini xatırladır...


Media və sosial şəbəkələrdə hər gün Azərbaycan səhiyyəsi və Azərbaycan təhsilinin necə bərbad, artıq xalq üçün tamamilə yararsız vəziyyətdə olduğundan danışılır. Hansı ki, hər iki sahə xalq üçün, ümumiyyətlə insan yaşamı üçün ən vacib və lazımlıdır. Amma, xalqa lazım olan səhiyyənin, yaxud təhsilin sadəcə var olması deyil, heçolmasa işə yarar dərəcədə olması lazımdır. Nə yazıq ki, ölkəmizdə hər iki sahənin keyfiyyət dərəcəsi nəinki 0-a bərabər, hətta ondan da ötəsi, mənfi rəqəmlərlə ölçüləcək qədər acınacaqlı vəziyyətdədir. Amma, gəl ki, elə rüşvət və özbaşınalıqların tüğyan etdiyi, xalqın pulunu yeyib, özünü əzəcək qədər sözün əsl mənasında "qudurğanlıq" da elə bu sahələrdədir.

Dövlət büdcəsindən bu sahələrə milyonlarla pul ayrılır, yetmirmiş kimi "həftə səkkiz, mən doqquz" "qohum-əqrəba", "dost-tanışla" tender müqavilələri imzalanır (Dövlət Satınalma Portalı"nda ətraflı məlumat bölməsi boş saxlanılaraq). Bütün bunlara baxmayaraq, cürbəcür bəhanələrlə "xalqı soymaq peşəsi"ndən də əl çəkmirlər. Sanki, milləti soymağın "maya"si varmış kimi, bir də utanmadan ölkədə qiymətlər qalxdıqca, xalqdan aldıqları rüşvətin də məbləğini artırırlar. Bu yığdıqları pulun qarşılığında, bari göstərdikləri xidmət işə yarasa adamı bu qədər yandırmaz bəlkə də...

Təəssüf ki, o da işə yaramır.

Müəllim, direktor valideynlərdən gündə bir adla hər dəfə müxtəlif məbləğlərdə pul yığırlar. Amma, gəlin görək verdiyimiz pul övladlarımızın aldığı təhsilə dəyirmi?

Maraqlıdır ki, şagirdlərdən, valideynlərdən pul yığmaqla onsuzda qanunu pozan müəllimlərin, məktəb direktorlarının adamın üstünə çəmkirməyə dilləri də uzundur.

Əslində, buna görə onları qınamaq da olmur. Çünki, onlar da tutduqları vəzifəni elə rüşvət qarşılığında "qazanıblar". Vəzifəyə gəlmək üçün özlərindən "yuxarı" verdikləri pulu, valideynlərdən çıxarmağa çalışırlar. Daha doğrusu onlarınkı çalışmaqdan keçib, elə valideynlərdən yığırlar demək daha doğru olar.
Bu barədə yazmaqla nə sözlər, nə də yararsız məmurların xalqa yaşatdıqları zülümlər bitəcək kimi görünmür...

Baxın!

Bakı şəhərində - Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən Rəsul Ənnağıyev adına 141 saylı tam orta məktəbdə təhsil alan üçüncü sinif şagirdi Əzizli Əlinin babası həmin məktəbin qarşısında təkbaşına etiraz aksiyası keçirib. Vətəndaş bildirir ki, "Hər gün bir adla məktəbdə pul yığılır. Valideynlər bu qədər pulu çatdırıb verə bilmirlər. Gəlinim məbləğin hamısını verə bilmədiyi üçün onu şagirdlərin və valideynlərin içində sinəsindən itələyib, təhqir ediblər ki, "Bu nə puldur mənə verirsən?! Səni beş qəpiyə alaram, 5 qəpiyə də sataram". Xədicə İmaməliyeva çıxsın mənə cavab versin görüm bu nə deməkdir?

Hansı ixtiyarla valideyini təhqir edir?

Bu pullar niyə yığılır, hara gedir?

Hələ üstəlik gəlinimi hədələyirlər ki, "Pul verməsən, uşağını məktəbdən qovacağıq""



Bəli, övladının məktəbdə müəllimlər tərəfindən incidilib, alçaldılacağından qorxub, valideyinlərin şikayətçi olmayacağından adı qədər əmin olan məktəb direktorları, valideynlərdən zorla alınan pulları "könüllü" kimi qəbul edib, buna sadəcə gülümsəyərək keçən Təhsil Nazirinə güvənərək bu cür özbaşınalıqlar edirlər.

Məktəblərə adını "müsabiqə" qoyub, rüşvət yolu ilə təyin edilən direktor və müəllimdən bundan artığını gözləmək olmaz zatən.

Atalar yaxşı deyib: "Ağası Gülüm olanın, başına külüm olar"...

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
Tarix: 19-05-2022, 11:05
Xəbəri paylaş





Xəbər lenti