ABŞERONUN BAŞÇISI KƏND TƏSƏRRÜFATI TORPAQLARINDA DA EV TİKMƏYƏ “YAŞIL İŞIQ” YANDIRIB?–FOTOLAR

ABŞERONUN BAŞÇISI KƏND TƏSƏRRÜFATI  TORPAQLARINDA DA EV TİKMƏYƏ “YAŞIL İŞIQ” YANDIRIB -FOTOLAR


Abşeron rayonunda kənd təsərrüfatı təyinatlı torpaqlarda ev tikintisinə icazə verilməsi böyük qanun pozuntusu olmaqla yanaşı, aqrar sektora ciddi zərər vurmaq sayılır. Buna baxmayaraq, rayon icra hakimiyyətindən verilən qanunsuz sərəncamlar əsasında pay torpaqlarında, kənd təsərrüfatı, əkin-biçin üçün nəzərdə tutulmuş ərazilərdə tikinti işləri aparılır.
TİA.Az-ın əməkdaşları buna dair foto faktları da qeydə alıblar. Reportyorlarımızın verdiyi məlumata görə, bu cür hallar Abdin Fərzəliyevin Abşerona icra başçısı təyin olunmasından sonra daha geniş vüsət alıb. Keçmiş başçı İradə Gülməmmədovanın yolunu davam etdirən, bu estafetə sadiq qalan yeni icra başçısı kənd təsərrüfatı təyinatlı əraziləri peşkəş etməkdədir. Hazırda Abşeronun bir sıra qəsəbələrində bu cür özbaşınalığa rast gəlmək mümkündür.
Müxbirlərimiz öyrəniblər ki, A. Fərzəliyevin gəldiyi gündən qanunsuz tikintilərə geniş rəvac verir. İcra başçısı keçirdiyi toplantılarla elə təəssürat yaratmağa çalışır ki, guya Abşeronda ciddi işlər görür, insanların problemlərini öyrənir, islahatlar aparır, amma reallıqda Nərimanov rayonunda necə idisə, Abşeronda da oxşar fəaliyyəti davam etdirir. Ona görə sakinlərdə Fərzəliyevə böyük planda etimad yoxdur və rayonda keçmiş başçının dövründə olmuş həbslərə rəğmən, İH-də ənənəvi idarəçilik qaydaları hökm sürür. Bu da azmış kimi, Abşeronda yeni başçı gəldiyi gündən ev tikintisi üçün icazənin qiyməti, yəni rüşvəti bahalaşıb. Bu haqda ötən yazılarımızda da xəbər vermişdik. Yada salaq ki, sabiq icra başçısı İradə Gülməmmədovanın dövründə əgər birmərtəbəli ev üçün 1000-2000 manat istənilirdisə, indi bu məbləğ iki dəfə artaraq fantastik rəqəm olub – 5000 manat.
Eyni zamanda, ikimərtəbəli ev tikdirmək arzusunda olanlar keçmiş başçının dönəmində 2500-3000 manat rüşvət verməli olurdusa, A.Fərzəliyev gəldikdən sonra qiymət 10 000 manata çatıb.
Onu da deyək ki, keçmiş baş memar Akif Əliyev və Abşeron İH-də digər vəzifəli şəxslər vətəndaşlardan ev tikintisinə icazə üçün rüşvət istədiklərinə görə həbsdədirlər. Bu siyahıda İradə Gülməmmədovanın bacısı oğlu Babək Zalov da var idi, bir müddət sonra qohumunu azad etdirə bildi.
Ancaq görünən budur ki, “gözü çıxmış qardaşdan” dərs çıxarmayan A.Fərzəliyev və komandası bu qanunsuz işləri davam etdirmək azmış kimi rüşvətin qiymətini də qaldırıb.
 
Tarix: 21-05-2022, 14:00
Xəbəri paylaş





Xəbər lenti