Dövlət vətəndaşına niyə SAHİB ÇIXMIR? - TƏBİB-dən CAVAB
TƏBİB 26-27 may 2022-ci il tarixlərində internet səhifənizdə yerləşdirilmiş “Şikayətçilər: Xəstəni aparıb Prezident Administrasiyasının qabağına qoyaq?” və ya “Dövlət vətəndaşına niyə SAHİB ÇIXMIR? - "Sanki bura ölkə deyil, cəngəllikdir..." başlıqlı eyniməzmunlu məqalələr ilə bağlı rəsmi açıqlamanı diqqətinizə çatdırır.
23.05.2022-ci il tarixində Ağayeva Bəsirə Əli qızının bacısı və digər ailə üzvləri ilə dəfələrlə telefon əlaqəsi saxlanılmış və qohumları xəstə Ağayeva Bəsirənin 1 saylı Kliniki Tibbi Mərkəzdə və Respublika Neyrocərrahiyə Xəstəxanasında müalicə almasını arzu etdiklərini söyləyiblər. Respublika Neyrocərrahiyə Xəstəxanasında xəstənin KT müayinələrinin nəticələri qiymətləndirilərək əməliyyata göstəriş olmadığı bildirilib. Bu səbəbdən xəstənin Respublika Neyrocərrahiyə Xəstəxanasında müalicə almasına göstəriş olmadığı müəyyənləşib.
Qeyd edək ki, hazırda 1 saylı Kliniki Tibbi Mərkəzin, habelə Respublika Neyrocərrahiyə Xəstəxanalarının reanimasiya şöbələrində yer yoxdur. Bu səbəbdən xəstə Ağayeva Bəsirənin 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilməsi təklif olunub. Sözügedən xəstəxananın reanimasiya şöbəsində yer var, həmçinin burada ixtisaslaşmış nevropatoloq və neyroreanimatoloq da xidmət göstərir. Lakin xəstənin qohumları onun qeyd olunan tibb müəssisəsində müalicəsindən imtina ediblər.
Xəstənin vəziyyətini qiymətləndirmək məqsədilə Kliniki Tibbi Mərkəzin həkim-reanimatoloquna konsultasiya edilməsi həvalə olunub.
Qeyd edək ki, xəstə "hemorraqik insult, sifilis, arterial hipertoniya” diaqnozu ilə özəl tibb müəssisəsində müalicə alır. Kliniki vəziyyəti GCS-4 bal. CPAP müalicədədir.