“Aİ-95” markalı benzin niyə SOCAR-dan yoxa çıxıb? - AÇIQLAMA


Son günlər vətəndaşlar “Aİ-95” premium markalı benzinin tapılmamasından şikayətçidirlər.

Bununla bağlı sosial şəbəkələrdə tez-tez paylaşımlar edilir.


Bildirilir ki, “Aİ-95” markalı benzin SOCAR-dan yoxa çıxıb, tapılmır.

Bəzi sürücülər isə bunu yenidən qiymətin bahalaşacağı ilə əlaqələndirirlər.

“Gün ərzində bir neçə SOCAR yanacaqdoldurma məntəqəsinə yaxınlaşdım. Amma heç birində “Aİ-95” tapılmadı. Deyəsən, yenə qiyməti qaldıracaqlar”.


Bütün bu iddialarla bağlı SOCAR-la əlaqə saxladıq.

Şirkətdən Bakupost.az -a yayılan məlumatların əsassız olduğunu bildirdilər.


“İddilar doğru deyil, hazırda belə bir problem yoxdur. Premium markalı benzin xaricdən gəlir. “Aİ-95” 2-3 saat, ən çoxu 1 gün olmaya bilər. Amma günlərlə benzinin “yoxa çıxması”, tapılmaması mümkünsüzdür”.
Tarix: 31-05-2022, 14:17
Xəbəri paylaş





Xəbər lenti