Vəkil “Azərişıq”la bağlı narazılıqlardan danışdı: “Yeni sayğac vasitəsi ilə vətəndaşa daha yüksək borc yazılır...”
“Adətən problem “Azərişıq” ASC-nin sayğacı yenisi ilə əvəzləyəndə və köhnə sayğacın guya yararsız olması barədə yoxlama aktı tərtib edəndə yaranır. Beləliklə, vətəndaşa cərimə tətbiq edilir, yaxud yeni sayğac vasitəsi ilə işıq sərfiyyatına görə vətəndaşa daha yüksək borc yazılır. Əgər vətəndaş ona artıq məbləğin yazılması qənaətinə gələrsə, əsassız yazılmış borcun silinməsi tələbinə dair iddia ilə “Azərişıq” ASC-yə qarşı məhkəmədə iddia qaldıra bilər”. Bu sözləri Pravda.az-a tanınmış vəkil Fariz Namazlı son günlər “Azərişıq” ASC-nin SMS tipli sayğacları barədə narazılıqlardan danışarkən deyib.
“Bu halda məhkəmə müvafiq ekspertiza təyin edib sayğacın işlək vəziyyətdə olub-olmamasını, yaxud köhnə sayğacın yararsız hala düşüb-düşməməsini müəyyənləşdirə bilər. Hər bir halda vətəndaşla “Azərişıq” arasında mübahisələrə məhkəmələr tərəfindən baxılır”, - hüquqşünas deyib.
Tarix: 6-06-2022, 22:48