Uşaqlar üçün yay düşərgələri neçəyə başa gəlir? - VİDEO


bitmap-img6

2021-2022-ci il tədris mövsümünün başa çatması yay düşərgələri ilə bağlı problemi yenidən aktuallaşdırıb.

Valideynlər deyirlər ki, əvvəlki illərdə olduğu kimi, yenə də yay düşərgələri təşkil olunsaydı, şagirdlər uzun yay tətilindən səmərəli şəkildə yararlana bilərdilər.

Xezerxeber.az-ın məlumatına görə, mövzuya münasibət bildirən Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Pərvanə Məmmədova deyib ki, yay düşərgələrinin təşkilində əsas problem infrastrukturun olmamasıdır.

Şura üzvünün sözlərinə görə, əgər nazirlik tərəfindən plana salınarsa, köhnə pansionatlar təmir edilərək yay düşərgələri təşkil oluna bilər.

Qeyd edək ki, özəl şirkətlərin təşkil etdiyi yay düşərgələrinin bir həftə üçün qiyməti 500 manatdan başlayır.  

Təxminən 20 nəfər üçün nəzərdə tutulan yay düşərgələri 6-16 yaş qrupları arası uşaqlar üçün nəzərdə tutulur.
Tarix: 12-06-2022, 10:06
Xəbəri paylaş





Xəbər lenti