İcra hakimiyyətinə 7 milyon manatlıq bina tikilir – PULU İKİ DƏFƏ QAYTARIBLAR


Azərbaycanda yerli icra hakimiyyəti üçün ümumi qiyməti təqribən 6 milyon manata başa gələn bina tikilir.
Siam.az FED.az-a istinadla xəbər verir ki, Şəki icra hakimiyyəti üçün tikilməsi nəzərdə tutulan binanın smetasının böyük olması bir yana, onun inşası 3 ildir ki, başa çatmayıb və hələ də başlanğıc mərhələsindədir.
Bu işlər üçün də “Akkord” tikinti şirkəti ilə müqavilə bağlanılmışdı. Lakin şirkət işi təhvil verə bilmədiyi üçün müqaviləni pozduq”
Şəki Rayon İcra Hakimiyyətinin Tikinti şöbəsinin məsləhətçisi Məmməd İsmayılov FED.az-a bildirib ki, icra hakimiyyəti üçün yeni bina layihəsinin smeta dəyəri 6 milyon 922 min manatdır. Bunun üçün 2018-ci ildə 1 milyon manat, 2019-cu ildə 2 milyon manat, 2020-ci ildə isə 3 milyon 683 manat ayrılıb.
Qeyd edək ki, Şəki icra hakimiyyətinin indiki binası şəhərin mərkəzində yerləşir və kifayət qədər genişdir. Layihəyə görə isə indiki binanın bina sökülüb şəhərin Qax tərəfdən girişində inşa edilməsi nəzərdə tutulur. İcra hakimiyyətindən FED.az-a bildirilib ki, burada icra hakimiyyətinə 4 mərtəbəli bina, eləcə də Heydər Əliyev Mərkəzi, bayraq meydanı muzeyi tikiləcək, yəni kompleks tikinti aparılacaq. Yeni bina şəhərin girişində - Kiş çayının sağ sahilində (Qaxdan gələn yolun üstündı) tikiləcək.
Amma indiyədək binanı nəinki tikib təhvil vermək, hətta işlərin ciddi hissəsini də görüb başa çatdırmaq mümkün olmayıb. Baxmayaraq ki, bununla bağlı artıq 3 dəfə tenler elan edilib.
M.İsmayılov bildirib ki, Şəki Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisi ilə bağlı ilk tender hələ 3 il əvvəl elan edilib. Tikintiyə 6 milyon manatın ayrılması nəzərdə tutulan tenderi «Akkord» tikinti şirkəti qazansa da şirkət işi görə bilməyib:
«Tenderdə qalib gələn «Akkord» şirkətinə işə başlaması üçün a 1 milyon 100 manat avans verdik. Lakin şirkət işləyə bilmədiyinə görə qalan vəsaiti büdcəyə qaytardıq. Yəni 2020-ci ildə ayrılan 3 milyon 683 min manatdan 2 582 000 istifadə olunmadan büdcəyə geri qaytarıldı. 2021-ci ildə isə tikinti üçün yenidən tender elanı verdik və buna 2 883 000 manat təkrar ayrıldı. Amma yenə də «Akkord»a görə iş görülmədiyi üçün pul büdcəyə qaytarıldı».
İcra hakimiyyətinin nümayəndəsi «Akkord»un işləri apara bilməməsini şirkətin böyük borclarının olması ilə izah edib: «Məndə olan məlumata görə onların külli miqdarda borcu vardı, hesabına pul köçürüləndə də həmin borc silinirmiş. Ona görə işi görə bilmirdilər. Aldıqları 1 milyon avansı da 2 ilə çətinliklə qaytardılar».
Məmur bildirir ki, tikniti işlərini aparı bilməməsinə görə, icra hakimiyyəti dəfələrlə «Akkord»a müraciət etsə də, dəqiq cavab ala bilməyib: «Biz onlara dəfələrlə deyirdik ki, iş ləngiyir, nə vaxt başlayırsınız, işi nə vaxt təhvil verirsiniz? Hər dəfə bir söz deyib işi uzadırdılar. Biz bu barədə ətraflı formada İqtisadiyat Nazirliyinə məlumat verdik, məktub göndərdik».
Nəticədə binanın tikintisi üçün 2 883 000 manat vəsait ayrılıb. Tender elan edilib və «Azin Construction» MMC ilə müqavilə bağlanılıb, şirkət artıq bu günlərdə işə başlayıb. Tikinti işlərinin bu ilin sonunadək yekunlaşacağı gözlənilir.
Tarix: 14-06-2022, 14:05
Xəbəri paylaş





Xəbər lenti