"AZAL"-dan etirazlara cavab: "Növbəni azaltmaq üçün..."


"AZAL"-dan etirazlara cavab: "Növbəni azaltmaq üçün..."


Son günlər Naxçıvana təyyarə biletinin satışında bahalaşma olsa da, vətəndaşlar həm də bilet əldə etməkdə çətinlik çəkirlər. Hətta sərnişinlərə biletin yalnız paytaxtdakı “Silkrow” şirkətində satıldığı deyilir. Nəticədə isə artıq neçə gündür ki, şirkətin qarşıında növbələr yaranıb.
Hazırkı vəziyyətin yaranmasına səbəb nədir və niyə vətəndaşlar biletləri “AZAL”-dan deyil, başqa şirkətlərdə axtarmalı olurlar?
Bununla bağlı “AZAL”ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski Cebhe.info-ya açıqlmasında bildirdi ki, “Azərbaycan Hava Yolları” aviaşirkəti Bakıdan Naxçıvana və geriyə səyahət edən bütün sərnişinlərə aviabiletləri aviaşirkətin rəsmi saytında almağı təklif edir:
“Bu, “AZAL”ın kassalarında yaranan uzun növbələrin azalmasına, həmçinin sərnişinlərin aviabiletlərin rəsmiləşdirilməsi prosesini asanlaşdırmağa kömək edəcək. Hər iki istiqamət üzrə biletlər aviaşirkətin www.azal.az rəsmi saytından əldə edilə bilər. Biletlərin alınması zamanı ödəniş üçün istənilən bankın "Visa" və "MasterCard" beynəlxalq ödəniş sistemlərinin kartları qəbul edilir.
Ödəniş zamanı digər şəxsin bank kartından istifadə edildikdə, hava limanında qeydiyyat zamanı kart sahibinin şəxsiyyət vəsiqəsinin surətini, habelə kartın üz tərəfinin surətini təqdim etmək tələb olunacaq. Naxçıvana və ya geri istiqamətdə reyslərə onlayn aviabilet alınarkən saytda həmçinin səyahət edən sərnişinin vətəndaşlığını seçmək üçün sahə göstərilir.
Xatırladaq ki, respublika daxilində reyslər üçün aviabiletlərin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir və hazırda Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətləri üzrə Azərbaycan vətəndaşları üçün 60 manat, xarici vətəndaşlar üçün isə 70 manat təşkil edir.
Bundan əlavə, qeyd edilən reyslərdə bir sıra kateqoriyalı sərnişinlər üçün endirim nəzərdə tutulub. Belə ki, 18 yaşınadək əlil uşaqlara, tələbələrə, həmçinin I və II qrup əlillərə münasibətdə 10 manat məbləğində endirim tətbiq olunur. Bu kateqoriyalardan olan sərnişinlər üçün aviabiletlər yalnız Bakı və Naxçıvanın hava limanlarında aviaşirkətin rəsmi kassalarında rəsmiləşdirilə bilər. Biletlər alınarkən sərnişinlər müvafiq sənədləri təqdim etməlidirlər”.
Tarix: 16-06-2022, 15:11
Xəbəri paylaş





Xəbər lenti