“Azərişıq”ın “kiçik oliqarxları” - Elmar Mahmudov Gəncə və Göygöldə vilalar, obyektlər inşa edib...


bitmap-img6

Son zamanlar “Azərişıq” ASC-nin regional idarələrinin rəisləri “mini oliqarxa” çevrilirlər. Görəsən nəyin hesabına?..

Azərbaycanda vəzifəyə təyin olunan məmurların əksəriyyətinin dövlət vəsaitini oğurlamaq və qısa zaman içində “kiçik oliqarxa”çevrilmək kimi bir şakəri var. Dövlət hər nədər korrupsioner məmurlara qarşı mübarizə aparsa da, hər bir məmurun da məhz korrupsiya və rüşvət hesabına “yağ-bal içində” yaşaması heç bir Azərbaycan vətəndaşında şübhə doğurmur və bu aksioma kimi qəbul edilir. 

AzFakt.com-a daxil olan məlumata görə “kiçik oliqarxa” çevrilən və “yağ-bal içində” məmurlardan biridə Qərb Regional Enerjı Təchizat və Satışı İdarəsinin rəisi (RETSİ) Elmar Mahmudovdur. Onu da qeyd edək ki, son zamanlar “Azərişıq” ASC-nin regional idarələrinin rəisləri “mini oliqarxa” çevrilirlər. Görəsən nəyin hesabına?.. Yəqin ki, şirkətin onlar üçün yaradığı şərait hesabına...
 
2020-ci ildə Qərb Regional Enerjı Təchizat və Satışı İdarəsinin rəisi (RETSİ) təyin edilən Elmar Mahmudova da artıq “kiçik oliqarx” demək olar. Saytımıza verilən məlumatda bildirilir ki, Elmar Mahmudov əvvəllər işlədiyi Nərmanov Enerji Təchizatı və Satışı İdarəsinin rəisi vəzifəsində işləyəndədə yaxşı qazanc əldə edib. Ancaq 2020-ci ildə Qərb Regional Enerjı Təchizat və Satışı İdarəsinin rəisi (RETSİ) təyin ediləndən sonra Elmar Mahmudov özünə  Gəncə və Göygöldə villalar, obyektlər inşa etdirib. Məsələ ondadır ki, Eldar Mahmudovun rəhbərlik etdiyi Qərb Regional Enerjı Təchizat və Satışı İdarəsinin əhatə etdiyi rayonlarda elektrik təchizatının texniki vəziyyəti heç də normalara uyğun deyil. Əslində isə vəziyyət acınacaqlı səviyyədədir. Xüsusən dağ kəndlərinə gedən elektrik məftilləri görünməyən ölüm mənbəyi kimi görünür. Buna baxmayaraq Qərb Regional Enerjı Təchizat və Satışı İdarəsinin rəisinin Göygöldəki villasında hər şey yüksək səviyyədədir.

Onu da qeyd edək ki, son zamanlar Azərbaycanda elektrik vurma səbəbindən ölüm hadisələri artır. Bunun əsas səbəblərindən biri isə elektrik təchizatlarının istismar müddətinin çoxdan bitməsidir.

Elmar Mahmudovun “Azərişıq” ASC-də himayədarının isə sədr müavini Ramil Yusifov olduğu bildirilir. Məhz onun Nərmanov Enerji Təchizatı və Satışı İdarəsinin rəisi vəzifəsindən Qərb Regional Enerjı Təchizat və Satışı İdarəsinə “transfer”inin Ramil Yusifovun sayəsində baş tutduğu deyilir. 

Ramil Yusifov

Qeyd edək ki, “Azərişıq”ASC -nin Qərb Regional Enerjı Təchizat və Satışı İdarəsininin nəzarət etdiyi ərazilər Gəncə şəhəri, Samux, Tovuz, Qazax, Ağstafa, Şəmkir, Gədəbəy, Kəlbəcər rayonlarıdır.  

Bildirək ki, Elmar Mahmudovun adı Nərmanov Enerji Təchizatı və Satışı İdarəsinin rəisi kimi 2019-cu ildə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən 129 minlik rüşvət ittihamı ilə keçirilən məhkəmə prosesində keçib. 

Həmin məhkəmə prosesində Elmar Mahmudovun aparıcı mühəndisi və kəsim şöbəsi mühəndisi  məşhur “İnfinti” kluba qanunsuz işıq xətti çəkilməsi üçün 29 min manat rüşvət almaları, həmçinin klubdan aylıq ödənişlər üçün ümumilikdə 100 min manat vəsaiti alaraq "Azərişıq" ASC-yə ödənilməməsi ilə bağlı cinayətdə ittiham olunurdular.

AzFakt.com
Tarix: 17-06-2022, 22:13
Xəbəri paylaş





Xəbər lenti