“Tərtər rayonunun minadan təmizlənməsi üçün təchizatların təmin edilməsi” layihəsinin təqdimatı olub
Yaponiyanın Azərbaycandakı səfirliyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) arasında 2022-ci il martın 9-da imzalanan “Tərtər rayonunun minadan təmizlənməsi üçün təchizatların təmin edilməsi” layihəsinin təqdimatı keçirilib.Açılış mərasimində çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azərbaycan ilə Yaponiya arasında dostluq və əməkdaşlığın yüksək səviyyədə olduğunu, əlaqələrimizin getdikcə dərinləşdiyini diqqətə çatdırıb, həyata keçirilən humanitar layihələrə görə Yaponiya hökumətinə təşəkkürünü bildirib.
BAMF prezidenti Umud Mirzəyev isə qeyd edib ki, layihənin əsas məqsədi ANAMA-nın tapşırığı ilə fəaliyyət göstərən Fondun İcma Mina Aksiyası komandasını Tərtər rayonunda mina və partlamamış sursatların təmizlənməsi üçün 11 ədəd mina dedektoru, 11 ədəd qoruyucu geyim dəsti və Yaponiyanın “Mitsubişi” şirkətinin istehsalı olan 1 ədəd pikapla təmin etməklə, Azərbaycanda həyata keçirilən mina və partlamamış sursatların təmizlənmə fəaliyyətinin tezləşdirilməsidir. Layihə 11 minaaxtaranı tam olaraq bütün lazımi avadanlıqlar və nəqliyyat vasitəsilə təmin edir.
Diqqətə çatdırılıb ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun İcma Mina Aksiyası Komandası 20 ildən artıqdır Azərbaycan ərazilərində mina və partlamamış sursatların təmizlənməsi fəaliyyətini həyata keçirir. 2002-2022-ci illərdə ümumilikdə 156.261.899 kvadratmetr ərazi təmizlənib, 912 tank əleyhinə, 1326 piyada əleyhinə mina, 11.218 partlamamış hərbi sursat aşkar
“Tərtər rayonunun minadan təmizlənməsi üçün təchizatların təmin edilməsi” layihəsinin təqdimatı olub.
Tarix: 21-06-2022, 23:16