Muxtar Babayevin nəzərinə: “Memar Əcəmi”də yaşıllıq ərazi məhv edilir FOTO


Bakının Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, “Memar Əcəmi” metrostansiyasının yaxınlığında yaşıllıq ərazi məhv edilir.
 
Pravda.az-ın xəbərinə görə, böyük meydançada qazıntı işləri aparılıb, beton tökülüb.
 
Sakinlər bildirib ki, ərazidə çoxmənzilli yaşayış binası inşa edilir. Onların ehtimalına görə, binanı “Kristal Abşeron” tikinti şirkəti tikir.
 
Fotolardan da görünür ki, ərazidə bir neçə ağacın kökü zədələnib, bir neçəsi quruyub.
 
Sakinlər bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dəfələrlə müraciətlər edilsə də, reaksiya verilməyib.
 
Qeyd: Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevdir.
 
Cavid
 Fotoları təqdim edirik








Tarix: 27-06-2022, 00:12
Xəbəri paylaş





Xəbər lenti