Bakının yaddan çıxan kəndi , sivilizasiya hələ oraya çatmayıb-FOTOLAR
Nə normal kanalizasiya xətti, nə interneti, nə də yolu var. Söhbət 3000-ə yaxın əhalisi olan Qaradağ rayonunun Puta qəsəbəsindən gedir.Puta qəsəbəsi 1935-ci ildə salınsa da, sivilizasiya hələ oraya çatmayıb. Qəsəbəyə daxil olan zaman burada sanki yerli icra strukturları heç yoxmuş təəssurat yaranır. Asfalt yol bərbad durumda, küçələrdə zir-zbil, gölməçə sularından yaranan bataqlıq... Kanalzasiya xətləri demək olar ki, yox vəziyyətindədir. Küçələrdə bərbad durumda olan olan çala-çüxur yollar isə daha dözülməzdir. Bu çalalar kanalizasiya və çirkab suları ilə dolub-daşır. Üfunət qoxusundan evlərdə oturmaq olmur. Necə deyərlər, qəsəbə batır. Sakinlər deyirlər ki, qəsəbədə qurucluq və abadlıq işləri üçün dövlət bücəsindən dəfələrlə vəsait ayırılsa da, bu vəsaitlər şəffaf şəkildə xərclənməyib. Görülən işlər yarıda saxlanılıb, layihələr sona qədər təhvil verilməyib. Qəsəbədə zibil atmaq üçün qablar qoyulsa da, vaxtı-vaxtında daşınmır. Yerli bələddiyyə zibili daşıtdırmaq əvəzinə, yandırırlar. Puta qəsəbəsi gəmirici həşəratların məskəniniə çevilib. Yay aylarında isə dözülməz durum yaranır. Qəsəbədə içməli su xətlərinin bir qismi isə çirkab suların içindən keçir. Sakinlər deyirlər ki, içməli suyun tərkibi getdikcə dəyişir. Su xətləri köhnəldiyindən sızmalar var və içməli sularına çirkab suları qarışır. Yaşı 1 əsrə yaxın olan Puta qəsəbəsi ucqar dağ başındakı bir kəndi xatırladır. Nə normal interneti, nə də telefonu. Sakinlər bununla bağlı yerli bələddiyyəyə, aidiyyatı qurumlara dəfələrlə ərizə yazıb, müraciət ediblər. Heç bir nəticəsi olmayıb. Hər dəfə çəkəcəklərini deyərək, yalan vədlərlə sakinləri yola veriblər. İnternet xətləri üçün lazım olan dirəklər gətirilsə də, iş dayanıb.