Müharibə veteranlarının təqaüdü 130 manat olsun! – TƏKLİF


“Birinci və İkinci Qarabağ müharibəsi iştirakçıları, şəhidlərin ailələri və qazilərə fərq qoymamalıyıq”.
Siam.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin büdcəsinə dəyişiklik layihəsinin müzakirəsi zamanı Regional Məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
O təklif edib ki, bütün müharibə veteranlarının aylıq təqaüdü artırılsın:
“Veteranların müavinəti 80 manatdan 130 manata çatdırılmalıdır. Müharibə veteranlarının müavinəti qaldırılmalıdır ki, heç olmasa onlar kommunal xərclərini ödəyə bilsinlər”.
Tarix: 28-06-2022, 13:58
Xəbəri paylaş





Xəbər lenti