Məhkəmə "Aztelekom"a qarşı iddia ilə bağlı qərar çıxardı
Bakı Kommersiya Məhkəməsində "Aktiv Elektrik" MMC-nin "Aztelekom" MMC-yə qarşı iddiasına baxılıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, Leyla Əliyevanın sədrliyi ilə araşdırılan prosesdə qərar elan edilib.
Qərara əsasən, iddia qismən təmin olunub.
Qeyd: "Aktiv Elektrik" MMC "Aztelekom" MMC-ni məhkəməyə verərək alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.
Tarix: 7-07-2022, 14:24