AQTA tənqid edildi - “Qurbanlıq heyvanların kəsim yerlərində qan su yerinə axır”
“Qurbanlıq heyvanların kəsiminə nəzarəti Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları etməlidir. Əsl mərəkə buradadır. Kəsim yerləri rəzalətdir”. Pravda.az-ın xəbərinə görə, bunu hüquq müdafiəçisi Əliməmməd Nuriyev bildirib.
Ə.Nuriyev qeyd edib ki, kəsilən heyvanların başları, ayaqları, hərəsi bir tərəfə atılır: “Qan su yerinə axır hər tərəfə! Qəssablar hərə bir formada (xalatsız və müvafiq geyimlərsiz), müştərilər bilavasitə kəsim yerlərində, azyaşlı uşaqlar və s. Bilmək olmur ki, müştərilər kimdir, qəssablar kimdir və azyaşlı uşaqların burada nə işi var! Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları gözə dəymirlər. Niyə nəzarət etmirlər? Məncə, cavabı məlum olan suallardandır! Bir çox hallarda hökumətin yaxşı təşəbbüslərinə belə, bəzi təsisatların davranışları neqativ münasibətin yaranmasına gətirib çıxarır”.
Kənan
Fotoları təqdim edirik
Tarix: 9-07-2022, 21:35