Qızmar günəş və isti hava: “İşəgötürənlər işçiyə qul kimi baxırlar”
Azərbaycanda havanın temperaturu 41 dərəcəyədək artacağı deyilir.Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyulun 11- nə gözlənilən hava şəraitində temperatur gecə 20-25° isti, gündüz 35-39°, bəzi yerlərdə 41° isti təşkil edəcək.
FHN də hava şəraiti ilə bağlı əhaliyə muraciət edib.
Əmək məcəlləsinə görə, hava isti olduqda işçilərin işi dayandırılmalı, ya da müəyyən fasilələr verilməlidir.
Maraqlıdır, isti havalarda fəhlələrin hüquqları necə qorunur? Hansı şərtlər olduqda iş dayandırılmalıdır?Bununla bağlı
Cebhe.info-ya Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov açıqlama verib:
"Əmək Məcəslləsinə görə, temperaturun süni surətdə tənzimlənməsi mümkün olmayan yerlərdə havanın temperaturu 41 dərəcədən yuxarı olarsa, işlər dayandırılmalıdır. Elə iş yerləri var ki, orada işin xarakterindən asılı olaraq işi dayandırmaq mümkün deyil. Bu halda işəgötürən müvafiq tədbirlər görməlidir. Məsələn, işçilərə tez-tez fasilə elan etməli, qısaldılmış iş vaxtı tətbiq etməli, iş yerlərinin yanında çətirlər qoyulmalı, sərinləşdirici içkilər verilməli, işçilərə həsir şlyapalar paylanmalıdır. Bir sözlə, işçilərin günvurmadan qorunması üçün bütün zəruri tədbirləri görməlidirlər". Sahib Məmmədov qeyd edir ki, təəssüf ki, sadaladıqları yalnız qanundadır, praktikada buna əməl edən yoxdur:
"Yol, infrastruktur tikintisində, açıq havada işlər davam etdirilir. Məhz işəgötürənlər sadəcə işçiyə qul kimi baxırlar".
Tarix: 11-07-2022, 22:41