Yaşıllıqları məhv edən maşının hansı quruma məxsus olduğu BİLİNDİ - FOTOLAR


Şəmkir Rayon İcra Hakimiyyəti Bakı şəhərində avtomobilin yaşıllıqlar üzərində park edilməsi ilə bağlı xəbərə aydınlıq gətirib.
Musavat.com xəbər verir ki, qurumdan oxu.az-a bildirilib ki, maşın icra hakimiyyətinə məxsus deyil:
“Avtomobil nə icra başçısına, nə də quruma məxsus deyil”.
Oxu.az-a daxil olan məlumata görə, avtomobil Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Şəmkir suvarma sistemləri idarəsinə məxsusdur.



Tarix: 19-07-2022, 13:55
Xəbəri paylaş





Xəbər lenti