Təzəcə açılışı edilmiş orta məktəb niyə bu günə düşdü?..


img
Məlum olduğu kimi, mayın 2-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində inşa olunun 304 nömrəli tam orta məktəbin açılışı oldu. Məktəbin açılışından üç ay keçməmiş təhsil müəssisəsinin ətrafı çirkab sulara qərq olub. Belə ki, məktəbin həyətini qrunt suları basıb.
Həmin ərazidə yaşayan sakinlər yaranmış vəziyyətdən narazılıq edir. Onlar qeyd edir ki, məktəbin açılışından qısa müddət sonra ərazidən çirkli su axmağa və həmin çirkab məktəbin həyətinə dolmağa başladı: “İndi üfunət iyindən həmin ərazidən keçmək olar. Problemin həlli ilə bağlı aidiyyəti qurumlara müraciət etsək də, səsimizə səs verən yoxdur”.
  • “Azərsu” ASC - Anar Cəbrayıllı: “Həmin ərazidə heç bir mərkəzləşdirilmiş kanalizasiya infrastrukturu mövcud deyil”
Məsələ ilə bağlı “Azərsu” ASC-nin sözçüsü Anar Cəbrayıllı bildirdi ki, o vəziyyətlə bağlı Sabunçu rayon Sukanal idarə rəhbərliyi ilə danışıb, onlar ərazidən məlumatsız idilər: “Təəssüflər olsun ki, həmin ərazidə heç bir mərkəzləşdirilmiş kanalizasiya infrastrukturumuz mövcud deyil. Biz tərəfdən heç bir xidmət göstərilmir. Yerli Sukanal idarəsindən verilən məlumata görə, həmin ərazidə olan gölün səviyyəsi qalxdığı üçün ətrafa çirkab sular yayılır”.
  • Flora Hacıyeva: “Bakıda bir metr dərinlikdən sonra ağır gilli torpaqlar həddindən artıq çoxdur”
Ekoloq Flora Hacıyeva qeyd etdi ki, Bakıda bir metr dərinlikdən sonra ağır gilli torpaqlar həddindən artıq çoxdur. Həmin gil qatı suyu buraxmadığı üçün yağan yağıntı sızır və qrunt sularının səviyyəsini qaldırır. Ekspertin sözlərinə görə, ev, iaşə obyekti və ya məktəb tikilərkən araşdırmaq lazımdır ki, orada nəsə tikmək olar, yoxsa yox.
Günel CƏLİLOVA

Tarix: 27-07-2022, 09:31
Xəbəri paylaş





Xəbər lenti