““Azərsu” ASC insanlara divan tutur”


“Azərsu” ASC insanlara divan tutur. Yay gələndən həftənin hər bazar günü Nizami rayonunda su olmur. Bir neçə il qabaq binalardan su çənlərini söküb apardılar. Dedilər, su daimi olacaq. Lakin artıq neçə ildir su təchizatında mütamadi problemlər yaşanır. İndi 40 dərəcə isti var və su yenə yoxdur. Digər günlərdə saat 22:00-dan sonra, ümumiyyətlə, olmur. “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllıya müraciət etmişəm, reaksiyada vermir. Xəbərdarlıqsız insanları bu yayın istisində susuz qoyublar”.
 
Pravda.az-ın xəbərinə görə, bunu iqtisadçı Eyyub Kərimli bildirib.

E.Kərimli qeyd edib ki, Avropada 1 gün su gəlmirsə, insanın işə getməmək hüququ var və kompensasiyanı şirkət ödəyir: ““Azərsu” yeni bina tikməkdənsə, boruları vaxtında dəyişin, biabırçılığa son qoyun”.
Tarix: 14-08-2022, 22:24
Xəbəri paylaş





Xəbər lenti