ƏƏSMM şefinin Şəkidə qəribə iş metodu - Narazı vətəndaşı şikayətini geri götürməyə vadar edirlər...
Keçən günlərdə Şəki sakini Rafiq Vəliyevin yerli Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzindən giley dolu müraciətini təqdim etmişdik. Yenidən DİA.AZ-a müraciət edən narazı vətəndaş şikayətinə reaksiya verildiyini bildirir. Amma bir qədər fərqli formada.
DİA.AZ olaraq Rafiq Vəliyevin məlumatını təqdim edirik: "Budur, bu gün ayın 22-də mənim Cənab Prezidentə müraciətinm İnternet saytlarında dərc edildikdən sonra Şəki ƏƏSMM-in müdiri Elçin müəllim, kənd icra hakimiyyətinin nümayəndəsi Rza müəllim və Elçin müəllimin yalandan mənə bakıdan Nazirliklərindən gəlmiş bir ucaboy xanımla evimizə gəlmişdir.
Müdir elçin məndən tələb etdi ki, (əvvəllər bu məslə üçün kənd icra nümayəndəliyinin məsul işçilərini qapıma göndərirdi) mən Rafiq Vəliyev tez izahat yazmalıyam ki, ƏƏSMM müdiri Elçin müəllim guya mənə "get hara istəyirsən şikayət et!, get torpağında işlə ailənə çörək qazan!" kimi ifadələri müdir deməmişdir., guya özümdən yazmışam. Cavab verdim ki, "mən axı nə qədər vaxt sənin kabinetinin qapısında süründüm. Sən də məni birdəfəlik başdan etmək üçün belə dedin". Dedim "kişi yalan danışmaz. Və mənim sizdən heç bir qorxum yoxdur. Dediyin sözləri Cənab Prezidentə yazmışam və xahiş etmişəm ki, sizi kimi məmur barəsində tədbir görülməsi barədə göstəriş versin. Yenə də müraciət edəcəyəm. Özün bu gün öz gözlərinlə görürsən ki, mən nə gündə yaşayıram. Daxmamın da heç mənim adıma olması barədə sənədi belə yoxdur. Siz necə yuxarı orqanlara yalan məlumat vermisiniz ki, guya mənim ailəmin aylıq gəliri 400 manatdan yuxarıdır. İndi sübut et görüm, o 400 manat gəliri mən hardan qazanıram. Ayıb deyilmi Sizə?"
Elçin daha bir söz deyə bilmədi. Bakıdan Nazirlikdən gələn kimi qələmə verdiyi xanım işçisini də götürüb, qayıtdı Şəkiyə. Mən heyrət içindəyəm".
Hər halda, ƏƏSMM rəhbərliyinin bir olaya bu şəkildə reaksiya verməsi ürəkaçan deyil.
Mövzu diqqətimizdədir. Qarşı tərəfi də dinləməyə hazırıq...