Mingəçevir Regional Elektrik Şəbəkəsində işçilərin əməyini istismar edirlər - İTTİHAM
Mingəçevir Regional Elektrik Şəbəkəsinin (REŞ MMC) rəhbərliyi əmək qanunvericiliyini pozaraq öz işçilərini əməyini istismar edir.Ovqat.com-a bu barədə qurumun işçiləri məlumat verir.
İşçilərin bildirdiyinə görə, son zamanlar rayonda havanın temperaturu 45 dərəcəni keçir. Əmək Məcəlləsinin 233-cü maddəsinə görə, havanın temperaturu 45 dərəcədən artıq qeydə alındıqda işəgötürən səlahiyyəti daxilində əməyin mühafizəsi ilə bağlı tədbir görməlidir. El dilində desək, işi dayandırmalı və ya işçilərini kölgədə işlətməlidir. Mingəçevir REŞ MMC-nin rəhbərliyi isə qanunvericiliyin bu tələbinə məhəl qoymur. İşçilərindən açıq havada günəşin altında işləməyi tələb edir. Özü də səhər saat 8.00-dən axşam saat 17.00-yə qədər elektikçiləri qızmar günəşin altında dayanmadan çalışmalıdırlar.
İşçilərin dediklərinə görə, son 1 həftədən çoxdur ki, rayonda temperatur 45 dərəcəni keçir. Hətta bu səbəbdən rayona günvurma halları da qeydə alınıb. Kondisionerli kabinetdə əyləşib sərinliyin keyfini çıxaran REŞ rəhbərliyi isə cəhənnəm odunda qovrulan işçilərinin nə şikayətinə belə qulaq asmaq istəmir.
Mingəçevir REŞ MMC-nin işçiləri bu cəhənnəm əzabının müqabilində cəmi 280 manat maaş alırlar.
Tarix: 17-08-2022, 09:07