“Nar” Quba və Mingəçevirdəki abunəçilərinin görüşünə gəlir!
Maraqlı vaxt keçirmək və dəyərli hədiyyələr qazanmaq istəyənlər üçün “Nar” bölgələrdə əyləncədolu yay
kampaniyasını davam etdirir. Növbəti kampaniya avqustun 19-u Qubada, 21-də isə Mingəçevir şəhərində
keçiriləcək.Tətilinizə rəng qatmaq istəyirsinizsə, sevdiklərinizlə birgə “Nar”ın yay kampaniyası üçün özəl hazırladığı
oyunlara qoşulub əylənərək hədiyyələr qazana, xüsusi köşkdə xatirələrinizi fotolara həkk edə bilərsiniz.
Onlayn müsabiqələri sevən abunəçilər isə “Nar”ın sosial media səhifələrindəki yarışlara qoşularaq yay
kampaniyasının yekununda keçiriləcək musiqili festivala bilet qazana bilərlər.
Yay kampaniyası ilə bağlı yeniliklərdən kampaniyanın rəsmi simaları olan İradə Qədirova (Instagram:
irada_gadirova), Samirə Əfəndi (Instagram: efendi_music) və Cəfər Nəcəfovu (Instagram: jafarnajafov)
izləməklə xəbərdar ola bilərsiniz.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri
göstərməkdədir. “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil
operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli
qiymət qarşılığında üstün xidmət təqdim edir.
Tarix: 18-08-2022, 17:27