"Xəzəriaşə"ni bəs indi KİM DAĞIDIR? - Neftçilər açıqlayır...


""Xəzəriaşə"nin yeməkxana və mağazaları üçün (dedilər mağazalar Akif Əhmədovun özünə məxsusdur, dədəmalı kimi idarə edir -dia.az) bütün ərzaq, tərəvəz və qeyri malları adaya (Neft Daşlarına) Qara Qarayev gəmisi ilə gətirir lər. Yəni müftə olaraq". DİA.AZ bildirir ki, bu barədə "Azneft" İB-nin Neft Daşlarında çalışan neftçiləri yazırlar.

Narazı vətəndaşlar daha sonra bildirir: "Mağazalara icarə pulu verilmir. Elektrik, yanacaqla da Neft Daşları təmin edir, suyu da pulsuz olaraq , neftçilərə göndərilən sudan götürür...

Bunun müqabilində satılan bütün mallar qurudakından daha bahadır. O cümlədən, yeməkxanada satılan yeməklərin qiymətləri də əl yandırır... Yeməkxanada baha qiymətə qızardılmış təzə balıq da satılır. Deyirlər ki, balıqçı qayıqları təmin edir dükanı balıqla..."

DİA.AZ-a daaxi olan məlumatda həmçinin qeyd olunur ki, neftçilər öz aralarında onu da deyirlər ki, "Xəzəriaşə"nin faktiki sahibini (SOCAR Təchizat Departamentinin rəisi) işdən çıxarsalar da, deyəsən, təzə komandadan yiyə çıxan var bu BİZNESƏ... Bəlkə də sadəcə, qeybət edirlər...

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Tarix: 20-08-2022, 15:43
Xəbəri paylaş





Xəbər lenti