Zaur Mikayılov gələndən bəri “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”nın mənfəəti 5 DƏFƏ AZALIB

Zaur Mikayılov gələndən bəri “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”nın mənfəəti
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC 2021-ci ili 79,138 milyon manat mənfəətlə başa vurub.

DİA.AZ “Report”a istinadən xəbər verir ki, bu, 2020-ci ilə nisbətən 4,5 dəfə azdır.

Ötən il “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”nın gəlirləri 628,884 milyon manat (əvvəlki illə müqayisədə 28,2% az), xərcləri isə 549,747 milyon manat (5,2% çox) təşkil edib. Şirkət mənfəət vergisi ödəməyib.

Bu il yanvarın 1-nə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”nın aktivləri 3 539,114 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,7% çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 52,45% artaraq 14,533 milyon manata, balans kapitalı isə 2,6% artaraq 3 524,581 milyon manata çatıb.

Xatırladaq ki, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 728,428 milyon manatdır. Səhmdar cəmiyyəti 100% dövlətə məxsusdur.
Tarix: 24-08-2022, 17:34
Xəbəri paylaş





Xəbər lenti