Sumqayıtda bu məmur İTTİHAM OLUNUR... - Prezidentə MÜRACİƏT

Sumqayıtda bu məmur İTTİHAM OLUNUR...
Redaksiyamıza Sumqayıt EŞ-nin istismar üzrə mühəndisi Quliyev Anar Ələmqulu oğlunun adından yazılmış, Azərbaycan Respublikasının Prezidentinə və digər əlaqədar orqanlara ünvanlanmış müraciət daxil olmuşdur. Müraciəti olduğu kimi veririk:
“Möhtərəm Cənab Prezident,
Sumqayıt Elektrik Şəbəkəsinin rəisi Arzuman İsmayılovun rüşvətxorluğu, korrupsioner əməlləri barədə dəfələrlə məlumat verməyimə baxmayaraq barəsində heç bir tədbir görülmür. Buna görə də Arzuman İsmayılov yeni özbaşınalıqlara yol verərək dövlətin və Azərişığın cibinə girməkdə davam edir. 2022-ci iklin avqust ayında Sumqayıt şəhər, Kotec qəsəbəsində yeni tikilən fərdi evin qarşısındakı mövcüd 0.4 kV-luq elektrik dayağınının yerinin dəyişdirilməsi üçün abonenti ASAN xidmətə 700 manat ödənişdən yayındırılıraq Azərişıq ASC-yə ödəniləcək rüsum mənimsənilmişdir. (faktı təsdiq edən fotoşəkillər əlavə edilir, vidomateriallar da mövcuddur). Əfsuslar olsun ki, özbaşınlalıq edib, dövlətin pulunu mənimsəyən Arzuman İsmayılov kimiləri ifşa etməyim nədənsə Azərişığın baş hüquşünası “hörmətli” Arif müəllimi çox narahat edir. Bu faktların araşdırıb araşdırılması, dövlətə ziyan vuranlar barəsində tədbir görmək yerinə Arif müəllim məni Azərişığın nüfuzuna kölgə salmaqda ittiham edir, qurumun sədri cənab Vüqar Əhmədovla dost olduğunu tez-tez təkrarlayaraq məni işdən qovmaqla hədələyir. Azərişıq sədri cənab Vüqar Əhmədov xalqa, Ali Baş Komandanımıza sədaqətilə seçilən, qanunlara hörmət edən rəhbərlərdəndir. Dövlətin pulunu mənimsəyənlərin cinayətkar əməllərinə göz yuman Arif kimilər Vüqar müəllimin dostu ola bilməz ! Sadəcə olaraq, şikayətlərim cənab sədrə çatmadığı üçün mən müraciətimi mətbuat vasitəsilə çatdırıram. Bundan öncə A.İsmayılov Sumqayıt ş. 21-ci mk/rn-da KTM-in yerinin dəyişdiriləməsi üçün abonentdən 20 000 manat rüşvət alaraq abonenti dövlətə ödənəcək 35 000 manat rüsumdan yayındırmış və ASAN xidmətə cəmi 1400 manat pul ödənilmişdir. Bu faktı aşkar etməyim üçün hadisəni ört-basdır etmək üçün KTM-i əvvəlki yerinə bərpa etməyə çalışalar da abonent buna yol verməmişdir. Lakin bu günə qədər də dövlətə, quruma dəyən ziyan məbləği də ödənilməyib.
Xahiş edirəm Sumqayıt EŞ-nin rəisi Arzuman İsmayılovun növbəti korrupsiya əməlinin araşdırılması və barəsində tədbir görülməsi üçün aidiyyatı orqanlara göstəriş verəsiniz.
Əvvəlcədən Sizə minnətdaram”.
Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxslərin də dinləməyə hazırıq.
//aktualxeber.az//
Tarix: 25-08-2022, 11:05
Xəbəri paylaş





Xəbər lenti