Üfunət içində yaşayan bir bina adam - Sumqayıtdan narazılıq – FOTO




Sumqayıt şəhər, 9-cu mikrorayon 26-cı bina sakinləri natəmizlikdən şikayətçidirlər.
Bu barədə Bakupost.az –a müraciət edən sakinlər bildirirlər ki, yaşadıqları binada üfunətdən yaşamaq olmur:

“Binanın zirzəmisi çirkab suları ilə doludur. Kanalizasiya xətləri köhnə olduğundan istismara yararsızdır və xətlərdən axan sular birbaşa binanın zirzəmisinə dolur. Çirkab sulardan qalxan üfunət evlərdə rahat nəfəs almağa imkan vermir. Aşağı mərtəbələrdə çox yüksək rütubətlilik var, xəstəlik mənbəyidir bu bina. Bu natəmizlikdən ağcaqanadlar daha da çoxalır. Pis qoxudan, ağcaqanadların əlindən dayanmaq olmur. Müvafiq qurumlardan xahiş edirik, binanın acınacaqlı vəziyyətinə bir əlac qılsınlar”.


Şikayətlə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayevlə əlaqə saxladıq.

E. Qocayev Bakupost.az –a açıqlamasında artıq problemin həll olunduğunu vurğuladı:

“Binanın kanalizasiya xətti tutulmuşdu. Bu gün səhər saatlarında “Azərsu” əməkdaşları həmin ərazidə olublar. Binanın zirzəmisi təmizlənib, problem həllini tapıb”.


Tarix: 29-08-2022, 14:39
Xəbəri paylaş





Xəbər lenti