"Qazilərin kommunal xərclərinin ləğvi məqsədə uyğun deyil" - Arzu Nağıyev
Son günlər şəhid ailələri və qazilərin kommunal ödənişlərdən azad olunması məsələsi gündəmə gəlib.Bununla bağlı
AZİNFORM.AZ-a açıqlama verən Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, müəyyən qədər güzəştə getmək olar, amma tam şəkildə ləğv etmək məqsədə uyğun deyil:
"Mən düşünürəm ki, hər bir insan kommunal xərclərini ödəməlidir. Şəhid ailələri və qazilər buna görə müvafiq imtiyazlarla təmin olunublar. Hətta Qarabağ müharibəsi iştirakçıları dövlətdən kompensasiya alırlar. Müəyyən qədər güzəştə getmək olar tam şəkildə ləğvi məqsədə uyğun deyil". /sonxeber.az/
Tarix: 30-08-2022, 14:38