Tərtərin icra başçısı şəhərin küçələrində aparılan əsaslı təmir işləri ilə yerində tanış olub
Cari ilin əvvəlindən başlayaraq Tərtər şəhərində tikinti, abadlıq-quruculuq işləri geniş vüsət alıb. Küçələr memarlıq tələblərinə uyğun olaraq yenidən qurulur.
Şəhərin Əli İsmayılov, Teymur Rəhimov, Molla Pənah Vaqif, Nəsimi küçələrinin əsaslı təmiri və Mübariz İbrahimov küçəsində asfaltlanma işləri başa çatıb. Mehdi Hüseynzadə və Şıxəli Qurbanov küçələrində isə səkinin kənarlarında yeni yaşıllıq zolaqları yaradılıb, təkgöz, müxtəlif dekorativ gül kolları və ağaclar əkilib.
Siam.az xəbər verir ki, hazırda şəhərin Vasif Hüseynov və Mübariz Kərimov küçələri əsaslı təmir olunur. Küçədə istinad divarları hörülüb, hündürləşdirilir, qəzalı vəziyyətdə olan divarlar sökülüb yenisi ilə əvəz olunur, divarlar aqlay və bəzək daşları ilə üzlənir. Kommunikasiya, işıq, telefon xəttləri səliqəyə salınır, ağaclar budanır, təmizlik işləri aparılır.
Bununla əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov əsaslı təmir işləri aparılan küçələrdə olub, görülən işlər ilə yerində tanış olub, müvafiq tapşırıqlarını verib.
Küçənin sakinləri görülən işlərdən razılıq edib, aparılan əsaslı təmir işlərinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.