Deputat:"Müəllimlər etiraz edən kimi işdən çıxarırlar"


Deputat:"Müəllimlər etiraz edən kimi işdən çıxarırlar"



"Müəllim artıq dəyəri çox aşağı salınmış peşə sahibinə çevrilib. Müəllimin azadlığı, təşəbbüskarlığı yoxdur. Nə qədər ağıllı müəllimlər var, bir balaca nəyəsə etiraz edən kimi işdən çıxarırlar. Belə şeymi olar?"
Bunu Cebhe.info-ya Milli Məclisin deputatı Fazil Mustafa deyib. Deputat nəinki müəllimlər, hətta məktəbə derektor təyin olunan şəxləsrin də sıxışdırıldığını, sayılmadığını, saliyyətlərinin məhdudlaşdırıldığını da qeyd edib: "Nə qədər ağıllı direktor var, şəxsiyyətli davranış nümayiş etdirir işdən çıxarırlar. Sizə şəxsiyyəsiz adammı lazımdır?” 
Parlament üzvü günümüzdə hamının himayə ilə hansısa vəzifəyə gəlməyinə diqqət çəkib:
"Məktəbin siması müəllimdir. Himayə ilə hara qədər gedib çıxacaqsınız? Yaxşı müəllimlərin qədrini bilən müəssisələr var. Necə sanballı müğənnilər hamıdan gec ad alırlar, müəllimlər də elədir. Göyçayda musiqi məktəbinin direktorunu döyüblər. Biabırçılıqdır. Onu hörmətsiz yola salanda kim sabah öz müəlliminə hörmət edəcək?" 
Tarix: 5-09-2022, 16:32
Xəbəri paylaş





Xəbər lenti